Şriftin ölçüsü :

Saytın rəngi :

ƏLİABBAS QALİB OĞLU SALAHZADƏ

 
Salahzadə Əliabbas Qalib oğlu 22 yanvar 1979-cu ildə Bilgəh qəsəbəsində anadan olub. 1995-ci ildə Bilgəh qəsəbəsi 142 saylı orta məktəbini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. 2002-ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.
2002–2003-cü illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Sabunçu rayon Bilgəh Bələdiyyəsində işini davam etdirmiş və həmin ildə bələdiyyə üzvlərinin yekun səsverməsinə əsasən yenidən bələdiyyə sədri seçilmişdir.
2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturada oxuduğu zaman yerli özünüidarəçiliyin inkişafında beynəlxalq təşkilatların rolu və Azərbaycan Respublikasında Bələdiyyələrin inkişafı, təcrübə və müasir praktika kimi elmi məqalələr yazmışdır.
2006-cı ildə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində təhsil, səhiyyə və mədəniyyət şöbəsinə müdir təyin olunub.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının qərarı ilə hüquq elmləri üzrə fəlsəfə doktorudur.
2010-cu ildən Birinci dərəcəli dövlət qulluqçusudur.
Ailəlidir, 4 övladı var.
Keçidlər