Şriftin ölçüsü :

Saytın rəngi :

11 nömrəli İnteqrasiya təlimli internat məktəbi

 
Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsi 35
 
   11 nömrəli köməkçi  internat məktəbi  1961-ci ildə fəaliyyətə başlamış və Rayon Təhsil Şöbəsinin  tabeçiliyində fəaliyyət göstərirdi. 2003-cü ildə internat məktəbinin  nəzdində  aztəminatlı ailələrin övladları üçün ümumtəhsil sinifləri açılmışdır.
  2007-2008-ci tədris  ilində Təhsil Nazirliyinin tabeçiliyinə keçən  internat  məktəbinin  adı  dəyişdirilərək  11 nömrəli Xüsusi   internat  məktəbi adlandırılmışdır. 2009-2010-cu  tədris ilində  aztəminatlı  ailələrin uşaqlarının internat məktəbə  düşmə  riskini  azaltmaq   məqsədi ilə  internat  məktəbin   tərkibində   3-6 yaşlı  uşaqlar  üçün  GünərziQayğı Mərkəzi və USİ keçirmiş uşaqlar üçün Reablitasiya Mərkəzi yaradılmışdır. 28.02.2014-cü ildə ARNK-qərarı ilə  internat  məktəbinin adı dəyişdirilərək, 11 nömrəli  İnteqrasiya  təlimli  internat  məktəbi adlandırılmışdır. 
    Hal-hazırda internat məktəbində 1254şagird var. Onlardan 981 nəfəri ümumi təhsil siniflərində, 173 nəfəri xüsusi təhsil siniflərində, 100 nəfəri isə Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə olunan 3-6 yaşlı  uşaqlardır.
      İnternat məktəbin ərazisi 3 hektardan artıqdır, burada  6 korpus var. Bunlardan  birmərtəbəli binada 196 yerlik  yeməkxana, yardımçı bina (camaşırxana, hamam, təsərrüfat otağı, anbar və s.) 3 mərtəbəli  yataq korpusu var. Onun birinci mərtəbəsində Günərzi Qayğı Mərkəzi və həmin mərkəzin uşaqları üçün 120 yerlik yeməkxana, musiqi otağı, gimnastika otağı, konfrans zalı var. Qalan binalar  isə tədris binasıdır. Məktəbin geniş idman zalı , akt zalı vardır. Həyətdə idman meydançası vardır.
     İnternat məktəb  2005-ci ildə Heydər Əliyev fondu tərəfində təmir edilmiş , sonuncu dəfə  isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən, 2015-2017-ci ildə əsaslı təmir edilmişdir. Təmirdən sonra bina istifadəyə verilmişdir. 01.03.2017-ci ildə məktəbin açılışı olmuşdur. Açılışda Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, YUNESCO VƏ İSESCONUN xoş məramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.
İnternat məktəb yeni fənn kabinetləri (kimya ,fizika ,biologiya və s.)  ilə və lazım olan bütün tədris vəsaitləri ilə təmin olunmuşdur. Burada şagirdlərin  müxtəlif  peşələrə yiyələnməsi və gələcək həyatlarında özlərini təmin etmək üçün şərait yaradılmışdır. Belə ki, müxtəlif dərnəklərin fəaliyyəti genişləndirilmiş, şagirdlərə taxta üzərində oyma, tikiş və toxuma ilə bərabər  müxtəlif  sənətlər (qabilen, izonit, keramika, dulusçuluq, mazayka xalçaçılıq və s.) öyrədilir. İnternat məktəbində şagirdlərin marağını nəzərə alaraq onlar üçün “Art” studiya yaradılmış və şagirdlərə sənət öyrətmək üçün sənətkarlar, ustalar dəvət edilmiş və onlar təmənnasız şagirdlərə bir çox sənətləri öyrətmişdir. Şagirdlərin rəsmə olan marağı inkişaf etdirilmiş, qrafika  və animasiya studiyası yaradılmışdır. Şagirdlərin “Qurama “ adlı animasiya studiyasında onlar  müxtəlif mövzularda ssenarilər yazır, şəkillər çəkir, onları hərəkətə gətirərək müxtəlif sosioloji çarxlar hazırlayırlar. Şagirdlərin hazırladığı əl işləri müxtəlif sərgilərdə və müsabiqələrdə nümayiş etdirilmiş və layiqli yerlər tutmuşdur.
 
Abdullayeva Gülnarə Heybət qızı
11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru
012-455-80-40
012-455-80-39

 

Keçidlər