Şriftin ölçüsü :

Saytın rəngi :

Balaxanı qəsəbəsi

 
22 SAYLI ŞƏHƏR POLİKLİNİKASI
 
  22 nömrəli Şəhər Poliklinikası 3200 m² ərazidə 796 m² tikili sahəsində 2 mərtəbəli binada yerləşir. Bina 1914 – cü ildə Nobel qardaşları tərəfindən inşa edilib və tarixçilərin dediyinə görə bina inşa ediləndən bir neçə il mədənin administrasiya idarəsi kimi istifadəyə verilib.
  20 – ci əsrin 30 – cu illərindən etibarən Səhiyyə müəssisəsi kim istifadə olunmağa başlayıb. Böyük Vətən Müharibəsi illərində binada “Hərbi hospital” yerləşib. 1965 – ci ilə qədər poliklinikanın həm uşaq , həm böyük şöbəsi, təcili yardım şöbəsi, eləcə də uşaq dəri-zöhrəvi dispanserinin stasionar şöbəsi fəaliyyət göstərib.
  Hazırda 22 saylı Şəhər Poliklinikası 24000 əhaliyə tibbi xidmət göstərir. Onlardan 6000 uşaq, 18000-i böyüklər təşkil edir. Kollektiv ümumi 78 nəfərdir. Onlardan 18 nəfər həkim heyəti, 24 nəfər tibb bacısıdır. Həkim ştatına 5 pediatr, 5 terapevt, stomatoloq, nevropatoloq, rentgenoloq, endokrinoloq, otorinolorinqoloq, həkim laborant, cərrah, USM daxildir.
  2017 – ci ildə poliklinikada təmir işləri görülmüşdür. Binanın həyətində abadlıq işləri aparılmış, telefon və internet xətləri yenilənmiş, poliklinika lazımı tibbi avadanlıqlarla təmin edilmişdir. Uzun illər işləməyən qazanxana təmir edildikdən sonra poliklinika istilik sistemi ilə təchiz edilmişdir.
 
22 saylı Şəhər poliklinikası
 
AZ1038
Balaxanı qəs.
Şəfqət küç.10
 
Işçi-80
(18/33+29)
Vakant yer 9
Gücü400
 
Əhmədov Aydın
Mahmud oğlu
 
06.2017-ci ildən baş həkim
 
451-17-20
451-00-50
 
 
 
 
 
 
451-14-21
Baş tibb baçısı
Dadaşova Sevda
451-17-20
Qeydiyyatxana
Əliyeva Cəmilə
 
451-17-21
 
Kadrlar
Dudenko Olqa
 

 

Keçidlər