Şriftin ölçüsü :

Saytın rəngi :

H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi

 
 Bakı kəndləri arasında Maştağa  teatra,  mədəniyyətin  digər  növlərinə böyük maraq  göstərməsi  ilə başqa  kəndlərdən  fərqlənir.  Yaşlı  nəslin dediyinə  görə, Maştağada  teatra  maraq  hələ  əsrin  əvvəllərində yaranmışdı. Görkəmli teatr sənətkarları Hüseyn Ərəblinskinin va Cahangir Zeynalovun əsrin əvvəllərində yaratdıqları teatr, qoyduqları bəzi tamaşalar Bakıda va onun ətrafındakı kəndlərdə, o cümlədən Maştağada fəhlələr qarşısında göstərilirdi. Dillər əzbəri oImuş  görkəmli  aktyorlar  Hacıağa Abbasov,  Mirzağa  Əlyev, Sidqi Ruhulla kimi sənətkarlar məhz Bakı kəndlərindən çıxmış cavanlar idilər ki, bu böyük sənət yoluna məhz həmin dövrdə qədəm qoymuşlar. Ömrünün əlli ildən çoxunu teatr sənətinə həsr etmiş Hacıməmməd Qafqazlının 20-ci illərin əvvəllərində Maştağada yaratdığı  dram dərnəyinin tarixi  çox təəssüf ki, indiyənədək tədqiq olunmamışdır. H.Qafqazlı öz xatirələrində qeyd edir ki, Maştağa Mədəniyyət Evi 1921- ci ildə fəhlə kəndli klubu adı ilə təşkil ediImişdir. Bu klub yaradılanda Əliheydər Qarayevin adını daşıyırmış. Sonradan klubun adı dəyişdirilmişdir. Maştağa fəhlə-kəndli klubunun qarşısına kəndliləri cəlb etmək,  onlar arasında siyasi maarif  işini  canlandırmaq məqsədi qoyulmuşdu. Buna görə də həmin dövrdə bu klubda təşkil edilən  dram dərnəyi vasitəsilə təkcə Maştağada deyil, həm də onun ətrafında yerləşən kəndlərdə - Bilgəh, Nardaran, Buzovna  və  Mərdəkan kəndlərində müxtəlif tamaşalar  verilir,  kənd  əhalisi  arasında  geniş təbliğat, mədəni-maarif işi aparılırdı. Maştağa fəhlə-kəndli klubu sonralar öz fəaliyyətini genişləndirmiş va Maştağa Mədəniyyət evi adlandırılmışdır. Maştağada  indiki Mədəniyyət evinin yerində əvvəllər  bir neçə dükan mövcud idi. H.Qafqazlı burada  dram dərnəyi yaratdıqdan sonra bu dükanları  birləşdirib səhnə etmiş və orada teatr  tamaşaları   verilmişdir. 
  H.Qafqazlı  Mədəniyyət  evinin  əsasını qoyanlardan biri və sənət ocağının ilk rəsmi rejissoru olub. Maştağada Mədəniyyət evinin inkişafında xüsusi xidməti olan şəxslərdən biri də Əliağa Baladəmir oğlu Qasımovdur. O uzun müddət Maştağa X.Ç.A. ansamblının rəhbəri, həmdə qadınlar klubunun baş müəllimi  vəzifəsində işləmişdir. Ə. Qasımov xüsusilə 50-ci illərdə tar müəllimi kimi yeniyetmələrin musiqi tərbiyəsinə böyük diqqət yetirmişdir. Maştağa Mədəniyyət evində fəaliyyət göstərən X.Ç.A. ansamblının şöhrət qazanmasında  Dərdayıl Qasım oğlu Qasımovun da boyük əməyi olmuşdur. O.1956-1968- ci illərdə ansamblın rəhbəri vəzifəsində işləmişdir. Dərdayıl Qasımovu bu ansamblda doğma  əmisi   tanınmış  musiqiçi  tarzən  və  musiqi  aləti  ustası  Ə. Qasımov əvəz etmişdir. Vaxtilə  Maştağa  Mədəniyyət  evinin  nəzdindəki  dram  dərnəyi ilə birlikdə SSRİ xalq artisti görkəmli səhnə ustası Hökümə Qurbanova da çıxış etmişdir. Respublikanın xalq artistləri  Həsənağa  Salayev,  Gülxar Həsənova və Şirzad  Hüseynov  Maştağa  Mədəniyyət  evinin  səhnəsində müxtəlif   tamaşalarda  dəfələrlə  iştirak  etmişdilər.
  Mədəniyyət mərkəzinin nəzdində  “Poeziya teatrı” yaradılmışdır Teatrın rəhbəri  Sona  Kərimova olub. 80-ci  illərdə  klassik  poeziya  həvəskarları  klubu  da  fəaliyyət göstərmişdir. Klubun  üzvləri  arasında  Sona  Xəyal, Mir  Cəlal,  Həsən Səyyar və  s. adlarını  çəkmək  olar. 1922-ci  ildə Maştağa  Mədəniyyət  mərkəzində yaradılmış “Meyxana folklor teatrı” öz dəsti xətti ilə  başqa  özfəaliyyət teatrlarından   xeyli fərqlənib. Bu  teatra Vüqar Əbdül başçılıq edib. Mədəniyyət  mərkəzinin  fəxr  etdiyi kollektivlərindən biri “İstedad” X.Ç.A. ansamblıdır. Vaxtilə bu ansamblın  yaradılmasında  Novruz  Aydəmirovun rolu böyük olub. Sonradan Mirzə Nəbiyev rəhbərlik edib. 1972-ci ildə X.Ç.A. Arxangelsk şəhərində keçirilən festivalda birinci yer tutmuşdu. Bundan əlavə Mədəniyyət  evində  Güləhməd  adına “Muğam üçlüyü” fəaliyyət göstərib  və üzvləri Balaxanım Məmmədova və Fəxrəddin Aydəmirov  1984-cü  ildə festivalın  qalibləridir.  Fəxrəddin  Aydəmirov  Alim  Qasimovun  tələbəsi olub. Mədəniyyət mərkəzinin fəaliyyətinin genişlənməsinda direktor işləmiş Davud Məmmədzadənin, Şirbala müəllimin, Ağanəbi Axundovun  böyük əməyi vardır. Maştağa Mədəniyyət mərkəzi hazırda görkəmli səhnə ustası Hacıağa Abbasovun adını daşıyır. Mədəniyyət evinə bu adın verilməsində Şirbala müəllimin böyük  rolu  olub. Mədəniyyət  mərkəzində  nağaraçılar opera studiyası fəaliyyət göstərib. Studiya Ü.Hacibəyovun 100 illiyi münasibətilə muğanşünas   Vaqif  Əliyevin təklifinə  əsasən “Leyli və Məcnun” operasını tamaşaya qoymuşdur. Maştağa Mədəniyyət mərkəzində 1987-ci ildən başlayaraq “Kukla  teatrı”  yaradılıb  və fəaliyyət  göstərib.  Həmin  illərdə Mədəniyyət evində qızlar üçün “Dərzilik”, həmçinin  “Qarmon” kursları da  fəaliyyat göstərib. 2014-ci ildən etibarən binamız təmirə bağlanmışdır ve yaxın günlərdə açılışı gözlənilir. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət  Mərkəzinin 13 nömrəli kitabxana filialı daxil olmaqla binası 3 mərtəbəli 310 nəfərlik tamaşaçı zalı, 88 nəfərlik konfrans zalı, 49 nəfərlik kino zalı, personal qrim, mühafizəçi, abonement, inventor, qonaq, mətbəx, paltar dəyişmə, məşq, rejissor, inzibati  işıq proyeksiyası,  işıq aparatı, səs  operatoru, rəsm, rəqs, heykəltaraşlıq, evdarlıq, ədəbiyyat  otaqları nəzərdə  tutulub.
 
Müəssisənin adı
Ünvanı
Direktorun adı, soyadı, atasının adı
Telefon
«Hacıağa Abbasov» аdına
Mədəniyyət Evi
АZ 1039
Maştağa qəsəbəsi,
Şəfai 35
Dadaşov Tofiq Ağarza oğlu
455-39-54
455-29-35
zal-2=350 işçi
işçi-11
 

 

 

Keçidlər