Şriftin ölçüsü :

Saytın rəngi :

Pirşağı qəsəbə Mədəniyyət evi

   Pirşağı qəsəbəsi Bakının qədim kəndlərindən biridir.Bütün sahələrdə olduğu kimi mədəniyyət  sahəsinə də  maraq  yüksək  olmuşdur. Pirşağıda mədəniyyət və incəsənət  xadimlərinin,şairlərin  yaşaması  bu marağın yaranıb formalaşmasında mühüm  rol oynayıb. Hətta, repressiya qurbanı M.Müşviq də məhz  Pirşağı  bağlarından  ilhamlanmışdır.
   1934-cü ildə  əsası qoyulmuş  Pirşağı klubunda Böyük Vətən  Müharibəsi  illərində  hətta dünya şöhrətli akademikimiz Xoşbəxt Yusifzadə, Sənan Əlizadə, Arif  Quliyev vəs. Səməd Vurğunun “Vaqif”indən,Cəfər Cabbarlının  müxtəlif əsərlərindən gözəl  tamaşalar hazırlamış,rollar ifa etmişlər. Bununla yanaşı,klubda ictimai məsələlərlə bağlı iclas,yığıncaq, görüşlər  və s. təşkil olunmuşdur.
   Pirşağı klubu son illərdə  Pirşağı  Mədəniyyət Evi adlandırılıb.2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən  əsaslı təmir edilib  və  yenidən  əhalinin istifadəsinə verilib. Binanın sahəsi 396 m2 , həyətyanı sahəsi olmayan 1 mərtəbəli binadan ibarətdir.  6  otağı, 30 m2  sahəsi olan foye,  180 oturacaqlı  1  (20×5) zal mövcuddur.

Müəssisənin adı
Ünvanı
Direktorun adı, soyadı, atasının adı
Telefon
Pirşağı qəsəbə Mədəniyyət Evi
Pirşağı qəsəbəsi A.Əlizadə 17
Məlikzadə Rəhimə Atababa qızı 
551-51-96
zal-1=180
işçi-5
 
Keçidlər