Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəxanı qəsəbə Mədəniyyət evi

   Mədəniyyət müəssisəsinin yaranma tarixi və fəalliyətinə nəzər salarkən görünür ki,Mədəniyyət evinin böyük tarixi keçmişi vardır.Mədəniyyət evinin neçənci ildə,kim tərəfindən və yaxud kimlərin təşəbbüsü ilə yaradıldığını araşdırarkən məlum olur ki,Kürdəxanı qəsəbə Mədəniyyət  evinin binası 19-cu əsrin  axırlarında Kürdəxanı qəsəbə sakini Hacı Məmməd tərəfindən  Məscid binası kimi istifadəyə verilmişdir. Məscid  binası  zal və foyedən ibarət idi.1922-ci illərdə Rus imperiyası tərəfindən Məscidlər bağlanmış və 1930-cu illərdə həmin bina dövlət tərəfindən Mədəniyyət evi kimi istifadəyə verilmişdir.1977-1980-ci illər ərzində  Mədəniyyət evinin direktoru tərəfindən  Rayon təşkilatlarına  məktub vasitəsi ilə müraciət olunmuş,Mədəniyyət evinə 7 ədəd otaq əlavə olunmuşdur. Hal-hazırda da Mədəniyyət evi kimi  istifadə olunur. Binanın sahəsi 360m2-dir,zalın sahəsi 113m2-dir,bir mərtəbəlidir,həyətyanı sahəsi yoxdur.  Binanın əsaslı təmirə ehtiyacı var.
   Mədəniyyət evində 2014-cü ildən etibarən əhalinin asudə vaxtının səmərəli keçməsi üçün  müxtəlif  kurslar və dərnəklər fəaliyyətə başlamış  və hal-hazırda da  fəaliyyətləri yüksək səviyyədə davam etdirilir.Mədəniyyət evinin kollektivi hər il olduğu kimi müxtəlif  tədbir və konsert proqramları  ilə  əhalini mədəniyyət sahəsinə cəlb edir.
 
Müəssisənin adı
Ünvanı
Direktorun adı, soyadı, atasının adı
Telefon nömrəsi
Kürdəxanı qəsəbə
Mədəniyyət Evi
АZ 1059
Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi 10
Məmmədova Aygün Mehman qızı
551-86-18
zal-1=120
işçi-5
 
 

 

Keçidlər