21 saylı Şəhər Poliklinikası
21 nömrəli Şəhər Poliklinikası Zabratda yaşayan uşaq və yaşlı əhaliyə lazımı tibbi xidmət göstərir.
2 mərtəbəli binada yerləşən poliklinikanın I mərtəbəsində uşaq şöbəsinin həkim pediatrları, II mərtəbəsində terapiya şöbəsinin sahə terapevtləri, kardioloqları, otorinolorinqoloq, oftalmoloq, nevropatoloq, stomotoloqları, infeksionsit, şüa diaqnostika, yeniyetmə həkimləri növbəli fəaliyyət göstərirlər. Köməkçi kabinetlər tərəfindən poliklinikada laborator, EKQ, USM müayinələri aparılır.
Fizioterapiya kabinetində uşaq və yaşlı əhaliyə massaj, bəzi fiziterapevtik aparatlarla orta tibb işçiləri tərəfindən lazımi prosedurlar olunur.
Poliklinika internet sistemə qoşulmuşdur. Uşaqlara göstərilən tibbi xidmət tam elektron sistem vasitəsilə qeydiyyatdan keçirilir.
Sağlamlıq imkanları məhdud olan uşaq və yaşlılara əlilliyin təyin olunması üçün yazılan f-088u, f-088 elektron vasitəsilə yazılır. Uşaq və yeniyetmələrin icbari dispanzerizasiyası tibbi xidmət göstərdiyimiz 5 tam orta məktəblərdə hər il təşkil olunur. Məktəblərin tibbi kabinetlərində həkim tibb bacıları fəaliyyət göstərir.
Zabrat ərazisində yaşayan imtiyazlı xəstələrə təyin edilmiş dərman preparatları hər ay aptekdən pulsuz resept əsasında provizor tərəfindən poliklinikada verilir.
Sanitar normativlər daima qorunur.Təmizlik və səliqəyə riayət olunur.
21 saylı Şəhər
Poliklinikası
|
AZ 1104
Zabrat qəs.
R.Axundov küç.28
İşçi
102(29/45+28)
Gücü-76
USM(1)
|
Hüseynova Ulduz
Həsən qızı
2014-ci ildən baş həkim
|
550-27-84
|
Kadrlar şöbəsi
|
Məmmədova Aynurə
|
||
Qəbul şöbəsi
|
Yaqubova Kifayət
|
550-27-83
|