“BİLGƏH” KARDİOLOJİ SANATORİYASI
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası, “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərinin 40 km-də Abşeron yarımadasının Şimal sahilinin ən mənzərəli yerlərindən birində Bilgəh qəsəbəsində dəniz səviyyəsindən 20 metr yüksəklikdə yerləşir. Sanatoriya 1971-ci ildən kardioloji sanatoriya kimi fəaliyyət göstərir. Ərazisi 19,8 hektardır.
Sanatoriyanın yerləşdiyi yerin iqlimi mülayim, quru və istidir. Əsəb sisteminə müsbət təsir göstərən yod brom ionları ilə zəngindir. Xəzər dənizində ilin 5-6 ayında çimmək mümkündür. Sanatoriyanın narın quma malik geniş ərazili çimmək üçün ən münasib, gigiyenik təmiz çimərliyi vardır və bu xidmətdən həkim nəzarəti altında xəstələr istifadə edir.
“Bilgəh” kardioloji sanatoriyasının profili ürək qan-damar sisteminin xəstəlikləri olmaqla, il boyu fəaliyyət göstərir və 447 çarpayılıqdır.Sanatoriyada 1 ədəd 4 mərtəbəli yataq korpusu, 2 ədəd 2 mərtəbəli yataq korpusu, 5 ədəd 1 və 2 mərtəbəli lyuks, yarım lyuks tipli koteclər vardır. Bundan əlavə bir geniş profilli müalicə-diaqnostika şöbəsi, 400 nəfərlik qış klubu və konsert zalından, 450 nəfərlik yeməkxanası, bir zəngin kitabxanası, idman meydançası, açıq havada yerləşən trinajor meydançası, tenis kordu vardır. Sanatoriya zəngin landşaft faktorlarına, çoxlu yaşıllıqlarla əhatə olunmuş və abadlaşdırılmış geniş əraziyə malikdir.
Ərazidə əlavə bisketlər (gündən qorunma) düzəldilib və oturacaqlar vardır. Ərazidə 160 maşın üçün dayanacaq vardır.
Sanatoriyanın həyətində əlavə kafe və çayxana xəstələrin ixtiyarındadır.
Sanatoriyanın müalicə arsenalında aşağıdakı faktorlar vardır: İqlim müalicəsi, dozalanmış marşrutlarla gəzintilər, səhər gimnastikası, müalicə bədən tərbiyəsi, günəş və hava vannaları, dənizdə çimmək, təbii yod-brom vannaları, sualtı duş masaj və müxtəlif duşlar, masaj, müxtəlif elektrofizioterapevtik müalicə üsulları, işıq və solyuksla naftalan müalicəsi, parafin yaxması ilə müalicə, inqolyasiya, müxtəlif dərmanlarla elektroforezlər, darsanval, amplipuls, ultrasəs, maqnitlə müalicə, müxtəlif kvarslarla müalicə üsulları vardır.
Diaqnostika arsenalında elektrokardioqrafiya, ultrasəslə müayinə kabinetləri, klinik diaqnostika və biokimyəvi laboratoriyalar fəaliyyət göstərir.
“Bilgəh” kardioloji sanatoriyasında psixoterapevtik, stomotoloji, genikoloji, uroloji kabinetlər vardır ki, buda xəstələrin hər tərəfli müayinəsinə və müalicəsinin düzgün aparılmasına şərait yaradır.
Sanatoriyada bütün gün ərzində fəaliyyət göstərən 2 tibb məntəqəsi vardır. Hər bir tibb məntəqəsində təcili və təxirəsalınmaz yardım üçün dərman preparatları vardır və həmin məntəqələrdə daimi fəaliyyət göstərən tibb bacıları və həkimlər çalışır.
Yeməkxanada xəstələr pəhriz yeməkləri ilə əhatə olunmuşdur. Yeməkxanada əsasən 9, 10, 15 saylı dietalardan istifadə olunur. Əlavə olaraq yeməkxanada tərəvəz stolları təşkil olunmuşdur.
Asudə vaxtlarında xəstələrl ətanınmış yazıçılar, şairlər, elm adamları və incəsənət xadimləri ilə görüşlər təşkil olunur. Xəstələr üçün tarixi abidələrə ekskursiyalar və şəhər gəzintiləri təşkil olunur. Xəstələrin asudə vaxtlarının şən keçməsi üçün konsertlər və rəqs gecələri keçirilir. Stol üstü oyunlardan nərd, domino, bilyard üzrə yarışlar keçirilir. Xəstələr açıq havada olan trinajorlardan, tenis kordundan və futbol meydançasından istifadə edirlər. Sanatoriyanın zəngin kitabxanası daim xəstələrin istifadəsindədir.
Bilgəh Kardioloji Sanatoriyası
1971-ci ildən fəaliyyət
göstərir
|
AZ 1094
Bilgəh qəsəbəsi
İşçi-178
(17/34+127)
450 yerlik,
2 mərtəbə
|
Direktor
Əhmədov Muxtar
Qədir oğlu
2000-ci ildən direktor
|
453-61-66
|
Müavin
|
Əsgərov Əsədulla
|
453-61-61
451-61-68
|