Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam Ailə Ultralab tibb mərkəzi

   2016-cı ilin oktyabr ayından fəaliyyətə başlayan Sağlam Ailə Ultralab tibb mərkəzi qısa zamanda insanların güvəndiyi və etibar etdiyi bir tibb müəssisəsinə çevrilmişdir. Bakı kənd sakinlərinin istəyi və bu ərazidə yüksək tibbi xidmət göstərən tibb mərkəzinə ehtiyac duyulduğu nəzərə alınaraq Sağlam Ailə qrupa daxil olan Ultralab tibb mərkəzi istifadəyə verilmişdir.
   Beləliklə, “Amburan Mall” kompleksində yerləşən Sağlam Ailə Ultralab tibb mərkəzində müxtəlif çeşidli laborator və poliklinik xidmətlər göstərilir. Mərkəz həftə içi hər gün saat 08:30-dan 17:00-a qədər pasiyentlərin xidmətindədir.
   Ən müasir və qabaqcıl texnologiyalarla təchiz olunan və öz fəaliyyətində inkişaf etmiş ölkələrin təcrübəsini tətbiq edən Sağlam Ailə Ultralab tibb mərkəzində 6000-dən çox müxtəlif növ analizlər vermək mümkündür. Bununla yanaşı adı gedən tibb mərkəzi Azərbaycanda bir ilkə imza ataraq dünya üzrə qızıl standart hesab edilən Phadia 250 cihazı ilə allerqologiyaya yeni nəfəs gətirmişdir. Beynəlxalq standartlara, prosedur və təlimatlara ciddi riayət edən tibb mərkəzində poliklinik xidmətlər arasında ginekologiya, oftalmologiya, nevrologiya, dermatologiya, USM kimi bölmələr yer alır.
   Sağlam Ailə Ultralab tibb mərkəzinin açılmasında məqsəd bu regiondakı insanlara yüksək keyfiyyətli xidmət göstərməkdir. Dünyada ən qabaqcıl standartları hədəfləyərək, Sağlam Ailə Ultralab tibb mərkəzi ölkədə səhiyyənin inkişafına istiqamətlənmiş layihələr təşkil etməklə Azərbaycanın tibb sahəsinin inkişafına töhfələr vermək niyyətindədir.
 
 
“Sağlam Ailə”
“Ultralab”  klinikası
Filial direktoru:
Əliyeva Vəfa
Bilgəh q.
“Bravo” t/m
012  910
 

 

Keçidlər