Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı Saglamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi

 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabrında yenidən istifadəyə verilmişdir.
Fiziki və yüngül formalı əqli qüsuru olan 18-29 yaşında əlilliyi olan gənclərin və 15 yaşdan yuxarı sağlamlıq imkanları məhdud olan uşaqların peşə hazırlığı üsulu ilə cəmiyyətə,özünəməşğulluq və məşğulluq çərçivəsində əmək bazarına inteqrasiyasını və sosial reabilitasiyasını təşkil edir.Mərkəzdə aşağıdakı peşələr öyrədilir:
-Tikişçi ( 3 aylıq kurs)
- Toxucu (3 ayliq kurs)
-Kompyuter istifadəçisi (3 aylıq kurs)
- Kompyuterçi -dizayner (3 aylıq kurs)
-Kişi bərbəri (3 aylıq kurs)                                         
-Qadın bərbəri (3 aylıq kurs)                                          
-Aşbaz köməkçisi (3 aylıq kurs)
- Xalçaçılıq (6 aylıq kurs)
-Ağac üzərində oyma (6 aylıq kurs)
-Rəssamlıq (6 aylıq kurs)
-İdman (3 aylıq kurs)
Mərkəzdə dizayn dərnəyi,musiqi və teatr dərnəyi paralimpiya üzrə idman məşqləri, stolüstü oyunlar, mədəni-kütləvi tədbirlər, ekskursiya və gəzintilər, gün ərzində 3 dəfə qidalanma. psixoloji dəstək, stomotoloji xidmət, fizioterapevtik müalicə, ilk tibbi yardım, müalicə idmanı, zərurət olarsa , müvafiq xəstəxanalarda müayinələrin aparılması təşkil olunur.
Gənclər burada kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər (kişi-qadın), toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələrə yiyələnməklə yanaşı, ayrı-ayrı sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb edilirlər. Yaradıcılq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onların cəmiyyətə təqdim edilməsi məqsədilə mərkəzdə musiqi dərnəyi yaradılmışdır.
Bayramlara və əlamətdar günlərə həsr edilmiş səhnəcik və kompozisiyalarda gənclər zövqlə çıxış edirlər.Peşə hazırlığı üzrə müvəffəqiyyətlə imtahan vermiş gənclərə ŞƏHADƏTNAMƏ təqdim olunur.
 
1 saylı Sağlamlıq imkanları
məhdud gənclərin peşə
reabilitasiya mərkəzi
 
AZ 1112
Ramana qəsəbəsi
Qarayev 14
 
İşçi-106
15 yaşdan-30 yaşa
qədər
4/9+28+65=106
200 nəfərlik (102 xəstə)
 
Direktor
Həsrətova Rəhilə
Qəmbər qızı
1995-ci ildən direktor
451-77-75

 

Keçidlər