7 saylı Uşaq Nevroloji Sanatoriyası
7 nömrəli Uşaq Nevroloji Sanatoriyası nevrologiya profilli uşaq sanatoriyasıdır.
Sanatoriyanın binası 1967-ci ildə tikilmişdir.Bina birmərtəbəlidir, sanatoriyanını ümumi sahəsi 1600 m2 , tikilinin ümumi sahəsi 792 m2 –dır.
Sanatoriya 50 çarpayılıqdır, 3-7 yaşlı nevroloji xəstə uşaqlar üçün nəzərdə tutulub.Sanatoriyaya uşaqlar poliklinikaların nevroloji kabinetləri tərəfindən göndəriş əsasında qəbul edilir.
Sanatoriyada 3 həkim, 8 tibb bacısı, 1 loqoped, 6 tərbiyəçi, 14 kiçik tibb işçisi çalışır.
Sanatoriyada müalicəvi idman otağı, yemək otağı, oyun otaqları, yataq otaqları, oğlanlar üçün ayrı, qızlar üçün ayrı hamamxana, şəxsi gigiyena qaydalarına əməl etmək üçün otaq və s. vardır.Həyətdə uşaqların yaz və yay aylarında istirahəti üçün yay kompleksi, ikiçarpayılıq izolyator, qəbul və həkim otaqları, camaşırxana vardır.
Sanatoriyanın yemək və dərman təchizatı mərkəzləşmiş qaydada aparılır.Belə ki, uşaqlar gündə 3 dəfə Suraxanı rayonu 8 N-li Birləşmiş Uşaq Xəstəxanasında yerləşən mərkəzləşmiş mətbəxdən gətirilən hazır yeməklərlə , həftədə 1 dəfə dərman preparatları ilə təchiz edilir.
7 saylı Uşaq Nevroloji
Sanatoriyası |
AZ 1037
Ramana qəs. Zərdabi küç.5 |
İşçi 45(3/8+34)
Çarpayı-50 (45 uşaq) 3-7 yaş |
Baş həkim
Heydərova Firəngiz
Əliheydər qızı |
1992-ci ildən baş həkim
|
451-30-05
440-87-22
|