Şriftin ölçüsü :

Saytın rəngi :

10 saylı uşaq musiqi məktəbi

 
  10 saylı  uşaq musiqi məktəbinin yaranma tarixi 1950 – ci  illərin əvvəllərinə təsadüf  edir. Əlli ildən artıq fəaliyyət  göstərən məktəbin yetirmələri bu gün müxtəlif mədəniyyət ocaqlarında çalışırlar. Məktəbimiz  respublika  müsabiqələrində, baxış və  festivallarda uğurla iştirak   etdiyinə görə  şagird və müəllimlərimiz  мüxtəlif   illərdə  diplomlara   və  fəxri  fərmanlara  layiq  görülmüşdür.
  Hər il məzunlarımız Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kollecinə daxil olurlar. Hal-hazırda məzunlarımızın əksəriyyəti bizimlə çiyin-çiyinə çalışır.
Bu gün məktəbdə fortepiano, skripka, tar, kamança, kanon, qarmon, nağara, balaban, xanəndə,  saz, klarnet, fleyta  dərsləri tədris olunur. Hal-hazırda 253 şagird var.
 
  Məktəbi   bitirmiş   məzunlar:
 
  • Novruzəli Qüdrət oğlu  Aydəmirov      Bakı şəhər  Mədəniyyət  və Turizm   İdarəsinin rəis müavini                                                                      (1992-2008-ci  illər )              
  • Firuz   Əliabbas oğlu   Əliyev              Xalq artisti          
  • Arif Murtuza oğlu Əsədullayev            Ü.Hacıbəyli adına Bakı  Musiqi Akademiyasının professoru,                                                                    sənətşünaslıq   namizədi                   
  • Rasim Əliyev                                       Əməkdar İncəsənət Xadimi, S.Hacibəyov adına Sumqayıt                                                                        professoru,  sənətşünaslıq   namizədi       
  • Qafar  Əli oğlu Nuriyev                       10 № li  Uşaq musiqi məktəbinin direktoru
  • Ağanəbi Mirzəağa oğlu  Nəbiyev        S.Rüstəmov  adına  Xalq çalğı alətləri orkestrinin solisti
  • Muradov Ceyhun Həsənağa oğlu       Gənc ifaçı ,tələbələr arasında Respublika mükafatı laureatı
  • Salahov Saleh Elçin oğlu                    Azərbaycan Milli Konservatoriyasında  konsertmeyster
  • Salahov Elnur Elçin oğlu                     Azərbayca Televizasının solisti
  • Orxan  Nazim oğlu Musayev              Ənvər Sadıqovun ansamblında instrumental ifaçı
Мəktəbin binası ikimərtəbəlidir. Ümumi sahəsi 293,5m təşkil edir. Məktəb 16 sinif otağı və 100 nəfərlik zaldan ibarətdir.
 
Sıra
No.
Müəssisənin adı
Ünvan
Ad,Soyad,Ata adı
Vəzifə
İşçi
sayı
Şagird sayı
ixtisas
Telefon
 
1.
10 saylı uşaq musiqi məktəbi
Maştağa qəsəbəsi,
Ə.Əhmədov кüç. 3
Qarayusifli Tahir Yaşar oğlu
Direktor
93
338
12
455-23-03

 

Keçidlər