Pirşağı qəsəbəsi
Hüseynbala Əliyev - Təyyarəçi, 1941-ci ildə Leninqrad göylərində qəhrəmancasına həlak olmuşdur.
Ölümündən sonra Lenin ordeni verilmişdir.
Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri Dəyirman küçəsi 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra"Qırmızı dəmirçi" fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir.
1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir.
BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir.
Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir.
18 iyul 1941-ci ildə düşmənin 3"Yunkers-88" təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır. Buna baxmayaraq təyyarələrdən 2-sini vurmuşdur. Öz təyyarəsini salamat yerə endirmiş, təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olmuşdur.
Ölümündən sonra "Lenin ordeni" ilə təltif edilib.
N.K.Çukovskinin "Baltik səması" romanında, V.Ketlinskayanın "İradə" hekayəsində onun qəhrəmanlığından bəhs edilmiş, Məmməd Rahimin "Leninqrad göylərində" poeması ona həsr olunmuşdur.
"Azərbaycan film" kino studiyası onun haqqında Hünər əbədidir (film, 1967) adlı film çəkmişdir.Pirşağı qəsəbəsində büstü qoyulmuşdur. Adına küçə var.
Filmoqrafiya
- 1. Hünər əbədidir (film, 1967)
- 2. Qafqaz qartalının uçuşu
Xoşbəxt Yusifzadə — tanınmış Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor,
AMEA-nın həqiqi üzvü (aprel, 2007),
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə «Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı» üzrə bitirərək «dağ mühəndisi-geoloq» ixtisasına yiyələnmişdir.
Xoşbəxt Yusifzadə 2015 Avropa Oyunlarının məşəlçilərindən biri olmuşdur.

Əmək fəaliyyəti
Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında “Gürganneft” trestinin (indiki “Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X.B. Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.
1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş “Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində baş geoloqun müavini – şöbə rəisi, “Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini olmuşdur.
1970-1992-cı illərdə “Xəzərdənizneft” Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləmişdir.
1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Elmi fəaliyyəti
1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona “Professor” elmi adı verilmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi” (1998-ci il), “Qarabağ” (1998-ci il), nəhəng “Şahdəniz” (1999-cu il), iri “Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.
X.B.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır.
X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.
X.B.Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak etmişdir.

Elmi əsərləri
2004-cü ildə onun “Ömrümün illəri və izləri” kitabı, 2007-ci ildə isə “Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası çapdan çıxmışdır. 2009-cu ildə “Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası Türkiyədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə (türk, ingilis, rus, Azərbaycan) nəşr edilmişdir. Alimin “Ömrümün illəri və izləri” kitabının yenidən işlənmiş ikinci nəşri 2010-cu ildə işıq üzü görmüşdür.

Mükafatları
X.B. Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı” və “Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür.
Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə X.B. Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür:
- • 2000-ci ildə o, Müstəqil Azərbaycanın ”İstiqlal” ordeni,
- • 2004-cü ildə ”Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə ”Şöhrət” ordeni,
- • 2010-cu ildə ”Şərəf” ordeni
- • 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
- • 2017-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.
X.B. Yusifzadə keçmiş SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı” ordeni (1963-cü və 1976-cı illərdə), “Şərəf Nişanı” ordeni (1971-ci ildə), bir sıra medallar və fəxri fərmanlarla təltif edilmiş, ona “SSRİ-nin Fəxri neftçisi” (1971-ci ildə), “Yer təkinin Fəxri kəşfiyyatçısı” (1985-ci ildə), “Azərbaycan SSR-nin Əməkdar Mühəndisi” (1964-cü ildə), “Azərbaycanın Əməkdar Mühəndisi” (2005-ci ildə) fəxri adları verilmişdir. Görkəmli alim iki dəfə Azərbaycan SSR-nin Dövlət mükafatına (1982-ci və 1991-ci illərdə) layiq görülmüşdür.
Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə 2010-cu ildə akademik X.B. Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi ilə birlikdə YUNESKO-nun xüsusi medalı ilə təltif olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmişdir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə X.B. Yusifzadə 2008-ci ildə bu akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı” ilə təltif edilmiş, “İlin alimi” elan olunmuş, 2011-ci ildə isə “Türk Dünyasının Fəxri Alimi” adına layiq görülmüşdür.

- 1. Fədakar (film, 2015)
Akif Əlizadə - Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi,
Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2013),
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü
Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadəni və başqalarını göstərmək olar.
Orta məktəbi gümüş medalla bitirmiş gələcək akademik Azərbaycan Sənaye İnstitutuna daxil olur. Bu, heç də sadə qərar deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici idi, gümüş medal sahibi isə o dövrlərdə ölkənin istənilən ali məktəbinə müsabiqəsiz daxil olmaq hüququna malik idi. Akif Əlizadə isə geologiyaya üstünlük verdi. Lakin tibb peşəsi ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülik, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlik formalaşmağa başladı.
Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə nəticələndi və sonralar seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut həmişəlik fəaliyyət məkanına çevrildi.
Elmi fəaliyyəti
Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülünün əsas cizgiləri müəyyən edilmişdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində respublika iqtisadiyyatının sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdir. Bundan əlavə, son onillikdə neft sənayesinin yüksəlişi və bir qədər gecikmiş olsa da, filiz sənayesinin dirçəlişi – bütün bunlar o dövrün geoloqlarının əməyinin bəhrəsidir. Həmin dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində elmi və pedaqoji məktəblər də formalaşmışdı. Elmin sürətli inkişafı gənc alim üçün olduqca əlverişli şərait yaratmışdı. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur.
Bir alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, təbaşir çöküntülərinin stratiqrafiyası, təbaşir dövrünün mollüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin təbaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda təbaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir.
Akif Əlizadənin adı dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət vermiş, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adıyla adlandırılmışdır. Bu, paleontoloq üçün böyük şərəfdir.
Akif Əlizadənin rəhbərliyi ilə yaradılmış və nəşr edilmiş səkkiz cildlik unikal fundamental əsərlər – "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini on illərlə qoruyub saxlayacaqdır.
H.Zərdabi adına Təbiət Tarixi Muzeyi direktorun xüsusi diqqət və qayğı obyektidir. Muzeyin qorunub saxlanılması və fəaliyyət göstərməsi, ayrıca büdcə maliyyəsi olmadan paleontoloji və mineraloji kolleksiyaların toplanması və yeniləri ilə zənginləşdirilməsi kimi işlər mübaliğəsiz demək olar ki, akademik Akif Əlizadənin fədakarlığının bəhrəsidir. Bu qəbildən məşhur Britaniya Təbiət Tarixi Muzeyində yüz minlərlə insanın iki il ərzində gəldiyi "Müqəddəs odlar ölkəsi" sərgisinin təşkili və fəaliyyətini də göstərmək olar.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışan Akif Əlizadə respublika miqyasında mühüm elmi-təşkilatı məsələləri həll edir. Mübaliğəsiz demək olar ki, o, Azərbaycanda geologiya elmini xilas etmiş, qorumuş və zənginləşdirmişdir.