Şriftin ölçüsü :

Saytın rəngi :

Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

 
AZ 1040, Bakıxanov qəs., Mehmandarov 4 
 
 
  12 saylı Bakı Peşə Liseyi 1922-ci ildə Balaxanıda 6-ci mədəndə “Yunıy Qornyak adına Fabrik-Zavod-Təlimi” kimi təşkil edilmiş və 1923-cü ildən başlayaraq müxtəlif adlar altında fəaliyyət göstərmişdir.
 1969-74-cü illərdə Texniki Peşə Təhsili Komitəsi, UİLKGİ-nin 50 illiyi adına Texniki Peşə Məktəbi, Azərbaycan KPMK və Azərbaycan SSRİ Nazirlər Sovetinin 21 may 1969-cu il tarixli, 206 saylı qərarına əsasən orta təhsilli ixtisaslı fəhlə kadrlarının hazırlanması ilə əlaqədar 7 saylı Texniki Məktəbi yenidən təşkil olunaraq UİLKGİ-nin 50 illiyi adına Texniki Peşə Məktəbinə çevrilmişdir.
  1974-90-ci illərdə Texniki Peşə Təhsili Komitəsinin UİKGİ-nin 50 illiyi adına 74 saylı şəhər orta Texniki Peşə Məktəbi adlandırılmışdır.
  1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır.
  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.
 
Peşə Təhsil Mərkəzində hal-hazıda  aşağıdakı ixtisaslar üzrə təhsil proqramları həyata keçirilir:

1. Ağacdan bədii məmulatlar hazırlayan usta
2. Geniş profilli dəzgahçı
3. Çörək ustası
4. Aşpaz
5. Qənnadçı-şirniyyatçı
6. Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı
7. Kimyəvi analiz laborantı
8. Laborant-mikrobioloq
 
Hüseynov Mətləb Eldar oğlu
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin direktoru
Bakıxanov qəsəbəsi, S.Mehmandarov 4
425-52-39
 

 

Keçidlər