Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəznində Neft-Energetika Kolleci
Əsası 1921-ci ildə qoyulmuş Bakı Neft və Bakı baza Energetika texnikumları 08 fevral 1997-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 nömrəli qərarı ilə vahid təhsil müəssisəsində Bakı Neft-Energetika Kollecində fəaliyyət göstərməyə başlamışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 fevral tarixli, 30 nömrəli qərarına əsasən Kollecin adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci adlandırılmışdır.
Kollec 9 ixtisas üzrə kadr hazırlığını indi də davam etdirir. “Neft və qaz yataqlarının geologoyası və kəşfiyyatı”, “Neft və qaz yataqlarının istismarı”, “Neft və qaz emalı”, “Elektrik təchizatı”, “Elektrik maşınları və avadanlıqları”, “İstilik energetik qurğuları”, “Elektirk stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması”, “Mühasibat uçotu”, “Ətraf mühitinin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasları gəncləri özünə daha çox cəlb edir.
Kollecin əyani və qiyabi şöbələrində hazırda 1235 tələbə təhsil alır. Bu il daha 381 nəfər oğlan və qız kollecin tələbəsi adını qazanmışdır.
Tələbələrin təlim-tərbiyəsi ilə 66 nəfər yüksək ixtisaslı, böyük istehsalat və pedaqoji iş stajına malik müəllim məşğul olur.
Kollec geniş tədris - texniki bazaya malikdir. 50-dən çox auditoriya fondu, texniki vasitələrlə təchiz olunmuş 23 fənn kabineti və 11 laboratoriya, 150 nəfərlik oxu zalı və 85 min kitab fondu olan kitabxana, böyük idman zalı, əl oyunları stadionu, 150 yerlik yeməkxana və tədris emalatxanaları tələbələrin ixtiyarına verilmişdir.
Babayev Ata Manaf oğlu |
Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəznində Neft-Energetika Kollecinin direktoru
|
Bakıxanov qəsəbəsi, R.Qəmbərov 2
012-428-67-92
|