Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kolleci

 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusu Sabunçu qəsəbəsi, F.Köçərli 41 ünvanında yerləşir. Bu ünvanda ilk dəfə SSRİ Nazirlər Sovetinin 22 mart 1921-ci il tarixli, 27 №li əmri ilə həqiqi axşam məktəbi yaradılmışdır.
1929-cu ildə SSRİ Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin 23 fevral tarixli, 86 №li əmri ilə həqiqi axşam məktəbi Ümumittifaq Bakı Sənaye Texnikumuna çevrilmişdir.
SSRİ Nazirlər Sovetinin Texniki-Peşə Təhsili Komitəsinin 3 iyul 1967 ci il tarixli, 42 №li əmri ilə Ümumittifaq Bakı Sənaye Texnikumunun adı dəyişdirilərək Ümumittifaq Bakı Sənaye-Pedaqoji Texnikumu adlandırılmışdır.
SSRİ Nazirlər Soveti Dövlət Texniki Peşə təhsili Komitəsinin 4 fevral 1991-ci il tarixli, 246 №li əmri ilə Bakı Ümumittifaq Sənaye-Pedaqoji Texnikumu, Bakı Sənaye-Pedaqoji Texnikumu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 №li, 16 iyun 2010-cu il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Texnikumunun adı dəyişdirilərək Bakı Sənaye-Pedaqoji Kolleci adlandırılmışdır.
Yarandığı gündən texnikumda Sovet İttifaqının Maşınqayırma və neft sənayesi üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmişdir. 1967-ci ildə Ümumittifaq Bakı Sənaye-Pedaqoji texnikumu kimi Sovet İttifaqı regionları ilə yanaşı texnikumda Banqladeş, Kuba, Vyetnam, Suriya, Yəmən, Əfqanıstan kimi ölkələrin vətəndaşları da müxtəlif ixtisaslar üzrə təhsil almışlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2016-cı il tarixli, 30 №li qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.03.2016-cı il tarixli əmirinə əsasən Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilmişdir. Elə bu ildən  Azərbaycan Dövlət Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində verilmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır.

Hazırda kollecin Sabunçu tədris korpusunda 140 nəfər müəllim heyəti çalışır və 2000-dən çox tələbə Fiziki tərbiyə müəllimliyi, Texnologiya müəllimliyi, Təsviri incəsənət müəllimliyi və Peşə təlimi (Mühasibat uçotu, Nəqliyyatda daşımaların təşkili, İnformasiya texnologiyaları sistemləri və Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi) ixtisasları üzrə təhsil alır.

 
Kollecdə hal-hazıda  aşağıdakı ixtisaslar üzrə təhsil proqramları həyata keçirilir:
  1. Təsviri incəsənət müəllimlyi;
  2. Fiziki tərbiyə müəllimlyi;
  3. Texnologiya müəllimliyi;
  4. Sosial iş;
  5. Peşə təlimi.
İsgəndərov İsrayıl İsa oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru
Sabunçu qəsəbəsi, F.Köçərli 41
451-63-89;  451-64-88

 

Keçidlər