Şriftin ölçüsü :

Saytın rəngi :

2016 illik

 
Rayonun iri sənaye müəssisələri
  Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələ rsırasına mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “BakıFəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMCvə s. müəssisələri göstərmək olar.
 
 
“Balakhanı Operating Company” LTD
  Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 117770.8 min manat olmuşdur.
2016-ci ilin 12 ayında istehsal etdiyi neftin həcmi 257.6 min ton olmuşdur.qaz hasilatı isə 9.3 milyom m3 olmuşdur
  Müəssisədə çalışanların sayı 1417 nəfər, orta aylıq əmək haqqı 894.0manat olmuşdur.
 
“Azgerneft” MMC
  Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 39382.0min manat olmuşdur.
2016-ci ilin 12 ayında istehsal etdiyi neftin həcmi 92,1 min ton olmuşdur.
  Müəssisədə çalışanların sayı 419 nəfər, orta aylıq əmək haqqı  797,0manat olmuşdur.
 
“Bakı Neft Maşınqayırma” TASC
  Müəssisənin əsas istehsalı fontan armaturu, kəmər başlıqları, fontan armaturunun bağlayıcı və ənzimləyic iqurğularının istehsalından ibarətdir. 2016-ci ilin yanvar-dekabr aylarında fontan armaturunun istehsalı 105.3 ton, kəmər başlıqlarının istehsalı 111,1 ton, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalı 114.0 ton olmuşdur. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 2869.0 min manat olmuşdur. 01.01.2017-cı Il tarixinə müəssisənin anbarlarında hazı rməhsul ehtiyatının qalığı 6485.9 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 111 nəfər, orta aylıq əmək haqqı 147,6manat olmuşdur.
 
“BakıFəhləsi” TASC
  2016-ci ilin yanvar-dekab raylarında satışın ümumi həcmi 1602.8 min manat olmuşdur. 01.01.2017-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 1115.2 min manat olmuşdur.Xüsusi təyinatlı avadanlıqların təmiri və texniki xidmət 1534.5 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 94 nəfər, orta aylıqəmək haqqı 548.2manat olmuşdur.
 
“Neftqazmaş” ASC
  Müəssisənin əsas istehsalı olan maye üçün nasoslar və maye qaldırıcıların istehsalı 1919.8 min manat. digər qruplara daxil edilməyən sair ümumi təyinatlı avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinin dəyəri 672.2 min mana olmuşdur. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 2701.6 min manat olmuşdur. 01.01.2017-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 164.0 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 123 nəfər, ortaaylıqəməkhaqqı 307.1manatolmuşdur.
 
“Sərham” MMC
  Müəssisənin əsas istehsalı olan çörəyin miqdarı 20353.3 ton olmuşdur. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 10204.5 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 564 nəfər, orta aylıq əmək haqqı 168.2 manat olmuşdur.
 
“Sun tea” MMC
  Müəssisənin əsas istehsalı olan çayın miqdarı 7015.1 ton olmuşdur. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 43098.6 min manat olmuşdur. 01.01.2017-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 690.5 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 181nəfər, orta aylıq əmək haqqı 432.0 manat olmuşdur.
 
“Şirin” MMC
  Müəssisənin əsas istehsalı olan şokolad istehsalı 1450894,1kq, caramel istehsalı 423482.8 kq  olmuşdur. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 4128.2 min manat olmuşdur. 01.01.2017-ci Il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 104.2 min manatolmuşdur.
  Müəssisədə çalışanların sayı 264 nəfər, orta aylıq əmək haqqı 252.0  manat olmuşdur.
 
“Bakı fındıq emalı” MMC
  Müəssisənin əsas istehsalı olan fındıq istehsalı 10084.7kq olmuşdur. 2016-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 68.5  min manat olmuşdur.Hazır məhsul qalığı 0.2 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 47nəfər, orta aylıq əmək haqqı 410.0  manat olmuşdur.
Keçidlər