Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti 2017 illik

Tikinti
 
  2017-ci ilin yanvar-dekabr  aylarında bütün  maliyyə mənbələri hesabına 377220.4 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
  2017-ci ilin yanvar-dekabr aylarında Sabunçu rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 345084.2 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  faktiki qiymətlərlə 2.6 dəfə çox vəsait yönəldilmişdir.  2017-ci ilin yanvar-dekabr aylarında 290527.5 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
  2017-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 159854.4 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 61.5 faiz artmışdır.
  Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2017-ci ilin yanvar-dekabr aylarında  40975.0 min manat, əsaslı təmir 99938.3 min manat, cari təmir 5597.8 min manat, sair tikinti  işləri isə 13343.3 min manat təşkil etmişdir
Keçidlər