Şriftin ölçüsü :

Saytın rəngi :

İaşə xidmətləri 2018 yarımillik

İaşə xidmətləri
 
  2018-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi  əvvəlki  ilin  müvafiq dövrü ilə müqayisədə 12.0 faiz azalaraq 7277.6 min manat olmuş, dövriyyəsinin 100,0 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşmışdır.
  İaşə dövriyyəsinin 9.2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 90.8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür.
  Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 667.8 min manat həcmində iaşə xidmətləri  göstərilmişdir.
Keçidlər