Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti 2018 illik

 
2018-ci ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına 129890.6 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2018-ci ilin yanvar-dekabr aylarında Sabunçu rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 333624.7 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 78.8 faiz çox vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-dekabr aylarında 307914.0 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 146763.7 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 91.8 faiz təşkil etmişdir.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2018-ci ilin yanvar-dekabr aylarında 26964.1 min manat, əsaslı təmir 78186.8 min manat, cari təmir 24178.4 min manat, sair tikinti işləri isə 17434.4 min manat təşkil etmişdir.
Keçidlər