Şriftin ölçüsü :

Saytın rəngi :

Alıyev Qələndər Nofəl oğlu

Soyadı, adı, atasının adı:  Alıyev Qələndər Nofəl oğlu

Təvəllüdü:  31.10.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Suqovuşan-Tərtər istiqamətində

Dəfn yeri:  Bakıxanov  qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

 

30.10.2001-ci ildə Bakı şəhəri Nizami rayonunda anadaqn olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunun 170 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Həmin məktəbin 9-cu sinfini 2017-ci ildə bitirmişdir. Məktəbi bitirdikdən sonra 17 saylı litseyə daxil olmuşdur. 2018-i ildə həmin litseyi bitirmişdir. Məktəbdə oxuduğu müddətdə oxumağı ilə bərabər idmanın kik boksinq növü ilə məşğul olmuşdur. Hər il Lokomotiv İdman və Sağlamlıq mərkəzində küçirilən idman yarışlarında 4 dəfə 1-ci yeri tutmuşdur. Qobustan rayonunda keçirilən idman yarışmasında 2 dəfə 1-ci yerə layiq görülmüşdür. Binəqədi rayonunda keçirilən görüşlərdə 3 dəfə 1-ci yeri tutmuşdur. Yarışlar keçirilən Hacıqabul, Salyan rayonlarında keçirilən yarışlarda 1-ci teri tutmuşdur. Azərbaycan kik boksinq Federasiyasının yarışlarında 1-ci yerə layiq görülmüşdür. Litseyi bitirdikdən onra sürücülük vəsigəsi almışdır. Məktəbdə oxuduğu müddətdə sakitliyi, davranışı ilə sinif yoldaşlarına nümunə olmuşdur. Məktəbin müəllim və şaqirdlərini hörmətini qazanmışdır. Öz tərbiyəsi ilə özündən böyeklərə və kiçiklərə qarşı diqqətli olmuşdur. 2020-ci ildə yanvarın 7-də Nizami rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırış vərəqəsini alanda sevincinin həddi-hüdudu yox idi. Qələndar atası və əmisinə erməni quldurlarından ala bilmədiyiniz torpaqları özüm alacam deyirdi. 708 saylı h/hissəsinin 4 tabor 12 bölükdə xidmətə başladı. Füzuli rayonunun alınmasında Suqovuşan-Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. 7 oktyabr 2020-ci ildə həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər