Məmmədov Sənan Tehran oğlu
.png)
Soyadı, adı, atasının adı: Məmmədov Sənan Tehran oğlu
Təvəllüdü: 27.07.2000
Ailə vəziyyəti: Subay
Şəhid olduğu yer: Xocavənd rayonu istiqamətində
Dəfn yeri: Göyçay r-nu, Çaxırlı kənd qəbiristanlığı
Təltifi: “Vətən uğrunda” medalı
27.08.2000-ci ildə Bakıda anadan olmuşdur. 1-ci sinifi Zabrat qəsəbəsində yerləşən 81 saylı tam orta məktəbdə başlamışdır. 2017-2019-cu illər ərzində Peşə Litseyini oxuyub bitirib. Daha sonra 5 il Karate ilə və 3 il Kick Boksla məşğul olur. 2020-ci ilin yanvar çağırılışında Hərbi Xidmətə Ağcabədiyə yola düşür. 27.09.2020-ci ildə başlayan ikinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edir. Xocavəndin alınması uğrunda gedən döyüşlərdə 21.10.2020-ci ildə şəhid olur.