Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimli Məhəmmədəli Mütəllim oğlu

Soyadı, adı, atasının adı:  İbrahimli Məhəmmədəli Mütəllim oğlu

Təvəllüdü:  22.12.1996

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

22.12.1996-cı ildə Beyləqan şəhərində anadan olmuşdur. Əslən Füzuli şəhərinin Cuvarlı kəndindəndir. Orta təhsilini Bakı şəhəri 215 saylı məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sanaye universitetinə daxil olmuşdur. Cihazqayırma mühəndisliyi ixtisasını bitirən Məhəmmədəli 2018-ci ildə Aəzrbaycan Texniki Universitetinə daxil olur. Elektronika, telekommunikasiya və radiotexnika ixtisası üzrə təhsil almışdır.
Qaydasız döyüş üzrə 2 dəfə Azərbaycan çempionu fiziki və fərdi bacarığı sayəsində maneələrin öhdəsindən gəldiyinə görə 1-ci yerə layiq görülmüşdür. “Bakı 2015” ilk Avropa oyunlarının təşkili və keçırılmədində iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuşdur. Təhsil sahəsində bir çox uğurlar qazanmış və sertifikatlar əldə etmişdir. 2020-ci il yanvar ayında “Nitel Teknoloji Mühendislik A.Ş “ şirkətinin Azərbaycan filialında elektriik mühəndisi kimi çalışmağa başlamışdır.
2020-ci ilin iyunun 7-də Füzuli şəhər Hərbi Komissarlığı tərəfindən Həqiqiq Hərbi Xidmətə çağırılaraq, Goranboy rayonu 130 saylı Hərbi Hissədə kəşfiyyatçı əsgər olaraq Milli Orudu sıralarında xidmət etmişdir. Daha sonra xidmətə Tərtər rayonu 703 saylı Hərbi Hissədə yenidən kəşfiyyatçı əsgər olaraq davam etmişdir. Sentyabrın 27-də düşmənin əks hücumu nəticəsində başlanan müharibənin ilk günlərində Tərtər istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Oktyabrın 3-ü Suqovuşanın alınması  uğrunda gedən ağır döyüşlərdə  iştirak etmiş, hər 2 qolundan və ayağından yaralanmışdır. Buna baxmayaraq 3 yaralı və 1 şəhid əsgər yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilmişdir. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə rayon Diaqnostika Xəstəxanasına yerləşdirmişdir. Lakin 3 gün sonra müalicəni yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.
Oktyabrın 13-ü Tərtər rayonu istiqamətində yerləşən düşmən postuna kəşfiyyat bölüyü ilə birlikdə hücuma keçmişdir. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edərək, qumbara vasitəsilə düşmənin 20-dən çox əsgərinin məhv etmiş və özü də şahid olmuşdur.

Keçidlər