Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Türkman Yolçu oğlu

Soyadı, adı, atasının adı:  Məmmədov Türkman Yolçu oğlu

Təvəllüdü:  28.09.1998

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

1998-ci il 28 sentyabr Gədəbəy rayonu Şınıx mahalı Hacılar kəndində anadan olub. Bir müddət rayonda yaşayan Türkman 2000-ci ildən etibarən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində yaşamağa başlayır. Məmmədov Türkman 2005-ci ildə Cəbrayıl rayonu 22 saylı məktəbdə  1-ci sinfə daxil olur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Türkman müəllimlərin və şagird dostlarının sevimlisi olmuşdur. 2019-cu il iyul ayında Gədəbəy rayon hərbi ximətə çagırış vəsigəsi gəlir. O, Bakı şəhəri N saylı hərbi hissədə xidmətə başlayır. 27 sentyabrda başlayan II – ci Böyük Vətən Müharibəsi onun qəlbindəki vətənpərvərlik eşqini yenidən alovlandırır. Lap uşaq vaxtlarından Türkman deyərdi: “əsgər olacam, torpaqları düşmənin əlindən alacam” və o bu arzusuna çatır. Könüllü olaraq Vətən müharibəsinə qatılır, . o şərəfli yolda addımlayır. Tam bir ay Türkman qəhrəmancasına düşmənlə vuruşur. Düşmənin xeyli sayda canlı və hərbi teknikasını məhv edir. O, Cəbrayıl, Ağdam və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir və 27 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşdən yenicə qayıtmasına baxmayaraq, əsgər yoldaşlarının neytral ərazidə qaldığını eşidir, komandirindən xahiş edərək yenidən döyüş bölgəsinə yollanır. Dostları ilə birlikdə bir neçə şəhid və yaralı çıxarır və ikinci dəfə yenə həmin əraziyə qayıdan zaman düşmənin atdığı top mərmisi onun yaxınlığına düşür. O və bir neçə əsgər yoldaşı gəhrəmancasına şəhid olur.

Keçidlər