Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərzadə İsrayıl Namiq oğlu

Soyadı, adı, atasının adı:  Cəfərzadə İsrayıl  Namiq oğlu

Təvəllüdü:  30.09.2000

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer:

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı

   

30.09.2000-ci il tarixində Sabunçu rayonu Sabunçu qəsəbəsində anadan olub. Əslən Ağsu rayonunun Abasxanlı kəndindən olan qəhrəmanımız elə uşaq vaxtlarından fəqrlənib. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkim 23A ünvanında yaşamış Cəfərzadə İsrayıl 2007-ci ilə Akif Qambayzadə adına 148 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Üç qardaşın ən kiçiyi olan İsrayıl məktəb illərində fəallığı ilə yadda qalıb. Yunan-Roma güləşi ilə məşğul olan İsrayıl bu idman növündə uğurlar əldə edib. Belə ki, 2013-cü ildə Cəfərzadə İsrayıl “Pəhləvan” idman klubunun açıq birincliyində 35 kg çəki dərəcəsində 2-ci yer tutaraq taltif olunub. Bununla yanaşı, şəhidimiz digər idman növü olan basketbol ilə də məşğul olub. 2015-ci ildə “Olimpiya Hərakatı” proqramı çərçivəsində Sabunçu rayonu üzrə keçirilən birincilikdə fəal iştirakına görə Milli Olimpiya Komitəsi tərəfindən 2-ci yerlə təltif olunub. Məktəb illərində həmyaşıdlarının və müəllimlərinin sevimlisinə çevrilən İsrayıl 2016-cı ildə 9-cu sinfi bitirərək peşə ixtisasına yiyələnmək qərarına qəlib. Bakı Dövlət Peşə  Təhsil Mərkəzində “Texnoloji Qurğuların Operatoru” ixtisası üzrə təhsil alıb. Peşə məktəbində oxuduqu illərdə İsrayıl ictimai tədbirlərdə fəal iştirak edib. Olimpiya oyunları zamanı könüllülər hərəkatının fəal üzvlərindən olaraq, müxtəlif madəni-kütləvi tədbirlərə qatılaraq öz tövhəsini verib. Eyni zamanda, futbola böyük marağı olan Keşlə futbol klubunun Fan klubunun fəal üzvü olub.
2019-cu ildə təhsilini başa vuran İsrayıl həmən il iyul ayında vətənə borcunu vermək üçün əsgəri xidmətə yollanıb Xidmətinin ilk günlərindən seçilməyə başlayan Cəfərzadə İsrayıl gənc əsgərlərin andiçmə mərasimində təşkil olunan təntənəli tədbirdə nümunəvi çıxış edib. Onun nümunəvi çıxışı komandiri tərəfindən qiymətləndirilib və hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif olunur. Xidməti müddətində nümunəvi əsgər olan İsrayıl öz israrı ilə xüsusi təyinatlı kəşfiyyat qrupunda kəşfiyyatçı olaraq, vətənə borcunu yerinə yetirir. Bir müddət sonra baş kəşfiyyatçı təyin edilir. Baş kəşfiyyatçı bölüyünün şəxsi heyəti arasında keçirilən yarışda silahın sökülüb yığılması üzrə 1-ci yerə layiq görülərək, təşəkkürnamə ilə təltif olunub. Fiziki imkanları ilə diqqət çəkən Cəfərzadə İsrayıl hərbi hissənin fiziki hazırlıq məşgələlərində ən yüksək nəticə göstərərək növbəti təşəkkürnaməsini alır. Xidmət müddətində onun uğurları bununla bitmir. O, növbəti təltifini 26 iyun 2020-ci ildə alıb. Azərbaycan Ordusunun 102-ci il dönümü ilə əlaqədar, döyüş hazırlığının nəticələrinə görə Fəxri Fərmanla taltif olunub. Həmçinin, xidməti müddətində Aprel döyüşləri ilə bağlı çəkilən filmdə də iştirak edib.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ Savaşının ilk dəqiqəsindən baş kəşfiyyatçi kimi döyüşə atılıb. Talış kəndi istiqamətində döyüşlərə qatılan Cəfərzadə İsrayıl Talış kəndi ətraf yüksəkliklərin və Suqovuşan qəsəbəsinin alınmasında əvəzolunmaz xidmətləri olub. Döyüşün ilk günlərindən dostları şəhid olur. O, xidmətini dostu Əkbər Hüseynovun kimliyini taxaraq davam etdirib və onun köynəyini geyinərək qisasını alacağına söz verib. Döyüşlərin gedişində oktyabrın 14-də boyun hissəsindən yaralanıb. Yara ölümcül olmadığı və döyüşdə iştirak etmək istədiyi üçün bunu gizlədib və xidmətinə davam edib. Son döyüşü oktyabrın 16-dan 17-nə keçən gecə olub. Döyüşdə alnından və sol qolundan yaralanır, amma yenə də döyüşə davam edir. 5302 yüksəkliyinin alınmasında xüsusi qəhrəmanləq göstərir. Yüksəkliyin alınması zamanı döyüş yoldaşları mühasirəyə düşüb İsrayıl yoldaşlarını mühasirədən cixarmaq məqsədi ilə pulemyotdan dəstək vermək qərarına qəlib. Onun səyi nəticəsində digər yoldaşları mövqeylərini dəyişərək mühasirədən çıxa biliblər. Amma bu edöyüş qəhrəmanımızın son döyüşü olub. Mənfur düşmənin snayper gülləsinə tuş gəlir. Boynundan girən güllə onun həyatına son qoyur. Şəhidlik zirvəsinə yüksələn Cəfərzadə İsrayıl “Vətən Uğrunda” medalı ilə təltif ounub.

Keçidlər