Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Fəxri Habil oğlu

Soyadı, adı, atasının adı:  Məmmədov Fəxri Habil oğlu

Təvəllüdü:  27.07.2000

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Füzuli-Cəbrayıl istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı,

            “Cəsur döyüşçü” medalı

      

27.07.2000-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonunda, Hövsan qəsəbəsində dənizçi ailəsində anadan olmuşdur. 2004-cü ildə ailəsi Sabunçu rayonuna köçmüşdür. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Sabunçu rayonu Şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə təhsil almışdır. Oxuduğu müddət ərzində nümunəvi və sadə şagird kimi yaddaşlarda qalmışdır. Fəxri nümunəvi şagird olmaqla yanaşı, məktəbin bütün tədbirlərində yaxından iştirak etmişdir. 2016-cı ildə 9-cü sinfi bitirdikdən sonra kollecə daxil olur. Qəbul olduğu təhsil ocağında kompyuter ixtisası üzrə təhsil almağa başlayır. Təhsilini başa vurduqdan sonra 2019-cu il iyulun 23-də vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Fəxri xidmətini Ağcabədi və Beyləqandakı N saylı hərbi hissədə Baş atıcı ixtisası üzrə hərbi xidmət keçmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə tərifnamə almış və eyni zamanda komandir, zabit və bütün əsgər yoldaşlarının hörmətini qazanmışdır.  27 sentaybr 2020-ci il tarixində Azərbaycan Respublikasının erməni təcavüzkarlarına qarşı başlatdığı əs hücum əməliyyatı “Vətən Müharibəsi” ndə iştirak etmiş, Füazuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda mübarizə aparmışdır. 27 sentyabr 2020- ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində qəhrənancasına döyüşərək şahidlik zirvəsinə ucalmışdır.

Keçidlər