Şriftin ölçüsü :

Saytın rəngi :

Şamilov Emil Rafiq oğlu

Soyadı, adı, atasının adı:  Şamilov Emil Rafiq oğlu

Təvəllüdü:  03.07.1996

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Ramana qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Hərbi xidmətlərə görə” medalı,

            “Cəbrayılın azad olunmasına görə” medalı

      

03.07.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 296 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub 2009-cu ildə həmin məktəbi bitirib, 2009-cu ildə Bakıxanov qəsəbəsində yerləşən Peşə məktəbinə daxil olmuşdur. 2012-ci ildə Peşə məktəbini bitirdiktən sonra Həqiqi Hərbi Xidmətə çağırılmış və Hərbi Xidmətini Naxçıvan şəhərində yerləşən “N” saylı Hərbi Hissənin Xüsusi Təyinatlı dəstəsində xidmət etmişdir. E.R.Şamilov 2007-ci ildən professional “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşqul olmuşdur. 2014-ci ildə Həqiqi Hərbi Xidməti bitirdiktən sonra idman növü ilə daha da dərindən məşqul olduğu müddət ərzində 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya çempionu, Zaqafqaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, Qara kəmər 3-cü dan sahibi, sensey adına layiq görülmüşdür. Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci və 2020-ci illərdə “Fəxri Fərmanla” təltif edilmişdir.
10 oktyabr 2020-ci ildə Vətən müharibəsində iştirak etmək üçün, könüllü olaraq Qarabağ döyüşlərində Xüsusi Təyinatlı dəstədə iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Xocavənd royununda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. “Cəbrayıl rayonunun azadlığı uğrunda”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə ölümündən sonra təltif edilmişdir.

Allah rəhmət eləsin!

Keçidlər