Şriftin ölçüsü :

Saytın rəngi :

Dəmirçiyev Tural Rəfail oğlu

Soyadı, adı, atasının adı:  Dəmirçiyev Tural Rəfail oğlu

Təvəllüdü:  01.10.1992

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı

   

1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin” “Menecment” fakultəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu N saylı hərbi hissədə xidmət etmişdir. Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş, 2015-ci ildə təxris olunmuşdur. Daha sonra 2017-ci ildə “SOCAR” –ın “Təhlükəsizlik idarəsinin” mühafizəçi vəzifəsində çalışmağa başlamışdır. Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbiçilərimizdən idi. 2-ci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti, mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. Oktyabrın 5-də Füzuli isti əks hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev ayağından qəlpə yarası alaraq şəhidlik zirvəsinə yüksəlir.

Keçidlər