Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Vahid Məcnun oğlu

Soyadı, adı, atasının adı:  Ağayev Vahid Məcnun oğlu

Təvəllüdü:  14.09.1996

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Şuşa şəhəri istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı,

           “Xocavəndin  azad olunmasına görə” medalı

      

1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşdur. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2003-cü ildə Maştağadakı C.Cabbarlı adına orta məktəbdə təhsil almağa başlamışdır. 2014-cü ildə C.Cabbarlı adına 187 saylı məktəbi bitirmişdir. 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti Gədəbəy rayonunun İvanovka kəndindəki “N” saylı hərbi hissədə keçmişdir. 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanmışdır. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşmüşdür. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olmuşdur. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Keçidlər