Mahmudov İbrahim Ağagül oğlu
Soyadı, adı, atasının adı: Mahmudov İbrahim Ağagül oğlu
Təvəllüdü: 23.11.1998
Ailə vəziyyəti: Subay
Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində
Dəfn yeri: Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”
Təltifi: “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı
1998-ci il noyabr ayının 23-ündə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə 108 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuşdur. Məktəbi orta təhsillə 2014-cü ildə bitirmişdir və özünün arzuladığı maşın ustası sənətinə yiyələnmişdir. 2017-ci il yanvar ayının 29-da Sabunçu rayonu hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
N saylı hərbi hissədə qumbaraatan vəzifəsində xidmət etmiş, hərbi xidməti müddətində komandirlər və rəislər tərəfindən verilən tapşırıq və göstərişləri vaxtında və düzgün yerinə yetirməklə özünün intizamlı hərbi qulluqçu kimi göstərmişdir. İbarhim Mahmudov özünün bilik bacarıqları ilə öz yoldaşları arasında da xüsusi hörmət qazanmışdır. 2 iyul 2018-ci ildə hərbi xidmətini başa vurmuş, özünün uşaqlıq arzusu olan yarımçıq qalmış B.M.W servis maşın ustası sənətinin arxasınca getmişdir. “Vətən müharibəsi” başladığını eşidən şəhidimiz İbrahim könüllü olaraq adını ordu sıralarına yazdırmışdır. 2020-ci il sentyabr ayının 30-u könüllü olaraq hərbi xidmətə yollandı və 2020-ci il oktyabr ayının 11-də Tərtər istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır.
Allah rəhmət eləsin!