Şriftin ölçüsü :

Saytın rəngi :

Piriyev Raul Zabit oğlu

Soyadı, adı, atasının adı:  Piriyev Raul Zabit oğlu

Təvəllüdü:  04.06.1997.

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Cəbrayıl rayonu istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

04 iyun 1997-ci ildə Şəmkir rayon Kür qəsəbəsində anadan olumuşdur. 2003-cü ildə Şəmkir rayon Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin 3-cü sinfinə qəbul olub. 2015-ci ilin may ayında orta məktəbi bitirərək AzTU-nun Dəmir yol Nəqliyyat və Təsərrüfatı mühəndisliyi fakültəsində təhsil almışdır. 2019-cu il 3 oktyabrda Sabunçu rayonu hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İlk öncə Ağcabədidə xidmət etmişdir 2019 dekabr ayında xüsusi təyinatlı kimi qeydiyyata düşmüşdür. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Murov dağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. 2020-ci il 5 oktyabr tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır. Allah rəhmət eləsin!
Keçidlər