Şriftin ölçüsü :

Saytın rəngi :

Rzayev Aslan Süleyman oğlu

Soyadı, adı, atasının adı:  Rzayev Aslan Süleyman oğlu

Təvəllüdü:  21.01.1995

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Xocavənd rayonu istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, Keçənlər qəbristanlığı

Təltifi: “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı

   

21 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə məktəbə qəbul olub. 2012-ci ildə məktibi bitirib və həmin il Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompyuter texnikası” fakültəsinə qəbul olmuşdur, 2016-cı ildə universiteti bitirmişdir.
2016-ci il iyulun 25-i hərbi xidmətə yollanmışdır, Ağcabədi rayonunun Qiyamətdinli kəndində hərbi vəzifəsini yerinə yetirmiş, 2018-ci il yanvar ayının 11-i hərbi xidməti başa vurmuşdur. Xidmətdə olduğu müddətdə düşmən xətti ilə 60 metr məsafədə 1 il 3 ay ərzində postda öz vəzifəsini yerinə yetirmişdir.
2018-ci il avqust ayının 26-sı ailə həyatı qurmuşdur, 2019-cu il 21 may tarixində oğlu Altay dünyaya gəlmişdir.
2020-ci ilin sentyabr ayinin 30 çağırış vərəqəsi əsasında vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak etmişdir. 13 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Vətən uğrunda və Xocavəndin azad olunması urğunda medalı ilə təltif olunmuşdur. Allah rəhmət eləsin!

Keçidlər