Şriftin ölçüsü :

Saytın rəngi :

Səttarov Emin Ramil oğlu

Soyadı, adı, atasının adı:  Səttarov Emin Ramil oğlu

Təvəllüdü:  25.05.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Qubadlı rayonu istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı,

       “Xocavəndin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı

         

25.05.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 2020-ci ilin iyulun 2-sində Hərbi Komissarlıqdan çağırış vərəqi gəlmişdir. 08.07.2020-ci ildə əsgər gedir. 09.08.2020-ci ildə Ağcabədi rayonunun N saylı Hərbi hissəsində andiçmə olur. İki ay sonra Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi N saylı hərbi hissəyə aparılır. Vətən müharibəsi başlanan gündən 24.10.2020-ci il tarixinə kimi irəliyə getmiş, postlara daxil olaraq qəhrəmanlıq göstərmişdir. Bir neçə rayon və qəsəbənin (Füzuli və Xocavənd) aılnmasında döyüşmüşdür. 24.10.2020-ci il Qubadlı rayon istiqamətində gedən döyüşdə düşmənin atdığı minomyot nəticəsində qəlpə yarasından şəhid olmuşdur.

Keçidlər