Şriftin ölçüsü :

Saytın rəngi :

Zahirov Nazim Həmzə oğlu

Soyadı, adı, atasının adı:  Zahirov Nazim Həmzə oğlu

Təvəllüdü:  25.06.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Suqovuşan istiqamətində

Dəfn yeri:  Ramana qəsəbə qəbristanlığı

Təltifi: “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı

   

25.06.2001-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbinə daxil olub, 2018-ci ildə həmin məktəbi bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Dəmir Yol Liseyinə qəbul olmuşdur. 2019-cu ildə həmin liseyi bitirərək 02.07.2019-cu il tarixində hərbi xidmətə yollanır. 1 il 3 ay Vətən xidmətini yerinə yetirən Nazim 27 sentyabrda torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan döyüşlərdə iştirak edərək 01.10.2020-ci il tarixində Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər