Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Asim Bəkir oğlu

Soyadı, adı, atasının adı:  Quliyev Asim Bəkir oğlu

Təvəllüdü:  02.03.1996

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Xocavənd rayonu istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı

   

02.03.1996-cı il Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olub. 2002-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 saylı tam orta məktəbinə daxil olub. 2013-cü ildə məktəb təhsilini bitirmiş, elə həmin il Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecə qəbul olmuşdur, 2014-cü ildə kolleci bitirmişdir. Həqiqi hərbi xidmət dövründə aprel döyüşlərində iştirak etmişdir. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı və pulemyotçu kimi şücayətlə iştirak etmiş, ayağından qəlpə yarası almışdır. 21.09.2020-ci il tarixində yenidən könüllü olaraq hərbi xidmətə qayıtmış, 27.09.2020-ci il tarixində başlayan 2-ci Qarabağ müharibəsində pulemyotçu kimi Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 12.10.2020-ci il tarixində Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Keçidlər