Şriftin ölçüsü :

Saytın rəngi :

Bağırov Elçin Fərhad oğlu

Soyadı, adı, atasının adı:  Bağırov Elçin Fərhad oğlu

Təvəllüdü:  27.04.1989

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  II Şəhidlər Xiyabanı

Təltifi: “Vətən uğrunda” medalı

1989-cu ildə aprelin 27-si Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlmişdir. Elçin orta məktəbi oxuduğu zamanda Ağdam rayonunda 5 illik musiqi məktəbini bitirmişdir. 2007-ci ildə hərbi xidmətə yollanmışdır. 2009-cu ildə Abşeron rayonunda N saylı hərbi hissədə hərbi xidmətini başa vurmuşdur. MAXE kiçik çavuş Bağırov Elçin ordu sıralarına daxil olduqda şərəfli, hörmətli, ləyaqətli, dürüst, əsgərlərinə can yandıran və komandirlərinə hörmət edən bir hərbçi idi. İşlədiyi müddətdə ön xətdə - postda, vətənin keşiyində durmuşdur. 2019-cu ilin yaz aylarında səlahiyyətlərində olan “İstiqlal” silahı ilə düşmənin kamaz markalı maşını məhv etmişdir. Böyük Vətən müharibəsində isə yüksək şücaət göstərmiş və Murovdağ yüksəkliyinin işğaldan azad olunmasında iştirak etmişdir. Sibir postu, Hülüstan istiqamətində 1yaralı və 1 şəhid götürüb gətirmiş və ordumuza xidmət etmişdir. Oktyabr ayının 1-də Talış istiqamətində Ağ Uçuq deyilən istiqamətdə ağır döyüşlərdə olub. İki komandiri və bir gizir yoldaşı ilə birlikdə 45-dən çox ermənini məhv etmişdir. Döyüşün ilk günlərində ayağından yaralanmış, komandirlərinin onu geri qaytarmasına baxmayaraq razı qalmamışdır. Köynəyi ilə öz yarasını bağlayıb döyüşlərdə iştirak etmişdir. Yaralı komandirlərinə kömək edərkən qəhrəmancasına şəhid olmuşdur.

Ailəlidir, dörd övladı var:

Keçidlər