Şriftin ölçüsü :

Saytın rəngi :

Babayev Rəşad Ağabəy oğlu

Soyadı, adı, atasının adı:  Babayev Rəşad Ağabəy oğlu

Təvəllüdü:  04.06.1992

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Xocəvənd rayonu istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı

      

4 iyun 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə 109 saylı tam orta məktəbə daxil olmuş, 9-cu sinifdən 277 saylı idman təmayüllü məktəbə keçmişdir. 2009-cu ildə 277 saylı idman təmayüllü tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi vəidman Akademiyasının məzunu olmuşdur. Təhsili başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və seçilmişdir. 2014-cü ildə XTQ-nin N saylı h/h-də həqiqi hərbi xidmətə başlamışdır. 2014-cü ildə kiçik gizir, 2017-də gizir vəzifəsinə təyin olunmuşdur. O həmçinin hərbi hissədə qrup komandiri kimi də fəaliyyət göstərmişdir. Rəşad Babayev 27.09.2020 tarixdən Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocəvənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 10 oktyabr 2020-ci ildə Xocəvənd rayonu Hadrut qəsəbəsində gedən döyüşlərdə, xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır. Rəşad Babayev 27.09.2020 tarixdən Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocəvənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 10 oktyabr 2020-ci ildə Xocəvənd rayonu Hadrut qəsəbəsində gedən döyüşlərdə, xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər