Şriftin ölçüsü :

Saytın rəngi :

Nağıyev Murad Mayıl oğlu

Soyadı, adı, atasının adı:  Nağıyev Murad Mayıl oğlu

Təvəllüdü:  09.02.1997

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Cəbrayıl rayonu istiqamətində

Dəfn yeri:  Yasamal r-nu, “II Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı

   

09.02.1997-ci ildə Qazax rayonunda dünyaya gəlmişdir. O, hələ 1 yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakıya, Bakıxanov qəsəbəsinə köçmüşdür. Təhsilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin 271 saylı tam orta məktəbdə başlayıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştiark etmiş və burada yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilmişdir. Daha sonar Murad Nağıyev liseyi bitirərək 2015-ci ildə Türkiyədə Kara Harp Okulıuna daxil olmuşdur. 2020-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbindən məzun olmuşdur.
Murad Nağıyev 2020-ci ildə N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri olaraq xidmətə davam etmişdir. O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər