Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Elcan Zöhrab oğlu

Soyadı, adı, atasının adı:  Məmmədov Elcan Zöhrab oğlu

Təvəllüdü:  09.08.1989

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Ramana qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

1989-cu ildə Tərtər rayonunda anadan olub. 1996-cı ildə Bakıxanov qəsəbəsi 96 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2007-ci ildə Bakıxanov qəsəbəsi 169 saylı orta məktəbin məzunu olub, elə həmin il Politexnik universitetinə qəbul olub. 2010-cu ildə ailə qurub. 2011-ci ildə universiteti bitirib, hərbi xidmətə yola düşüb. Xidmətini Cəlilabad rayonu Göytəpə qəsəbəsi N saylı hərbi hissədə başa vurub və Bakıya ailəsinin, vaıideynlərinin yanına qayıdıb. 2013-cu ildə tikinti şirkətində təhlükəsizlik köməkçisi vəzifələsində çalışıb. 2013-cu il aprelin 2-də Ayan adlı qız övladı dünyaya gəlib. 2015-ci il iyulun 5-də 2-ci övladı Ramal dünyaya gəlib. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant rütbəsinə yiyələnmişdir. 2020-ci il sentyabrın 27-si ikinci Vətən müharibəsi döyüşlərində Talış yüksəklikliyi istiqamətində komandiri olduğu tabor bu istiqamətdə hücuma keçmiş və xeyli düşməni məhv edərək şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər