Qurbanov İmran İlqar oğlu
Soyadı, adı, atasının adı: Qurbanov İmran İlqar oğlu
Təvəllüdü: 23.05.1989
Ailə vəziyyəti: Subay
Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində
Dəfn yeri: “II Şəhidlər Xiyabanı”
Təltifi: “Vətən uğrunda” medalı
23.05.1989-cu ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi V.Vəliyev döngə 1, ev 2 ünvanında anadan olmuşdur. 1996-cı il Sabunçu rayonu Fikrət Tağıyev adına Riyaziyyat təmayüllü olan 72 saylı liseyə qəbul olub, 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olmuş, daha sonra 2006-cı ildı Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olmuşdur. 2010-cu ildə Akademiyanı bitirərək Təlim Tədris Mərkəzinə daxil olmuş, 2011-ci ildə Leytenant Hərbi rütbəsi alaraq Füzuli rayonunda Tağım komandiri vəzifəsində xidmət etməyə başlamışdır.
9 il Füzuli rayonunda xidməti nəticəsində Kapitan rütbəsinə kimi yüksəlmişdir. Beləliklə 9 il Füzuli rayonunda xidmət etdikdən sonra, son 3 ayı Beyləqan rayonu N saylı Hərbi Hissəsində “Tabor komandirinın müavini” kimi xidmətə davam etmişdir. Vətən Müharibəsi başlayan ilk gündən ön cəbhədə qəhrəmancasına mübarizə aparmiş və 27.09.2020-ci ildə Füzuli rayonunun işğaldan azad olunması uğrunda, Hərbi əməliyyatlar zamanı yanğın və isti maddələrlə zədələnərək qəhrəmancasına şəhid olmuşdur.