Şriftin ölçüsü :

Saytın rəngi :

78 №-Lİ TAM ORTA MƏKTƏB

 
 
 Ramana qəsəbəsi Ə. Bağırov küçəsi 63
 
Sabunçu rayonu 78 nömrəli tam məktəbin binası 1882 - ci ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və birnövbəlidir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən 4 mərtəbəli, 15 sinif otaqlı, 360 yerlik əlavə yeni korpus tikilib istifadəyə verilmişdir. Məktəbdə 738 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur. Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəb həkimi nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətəhpərvərlik tərbiyəsi sahəsində görülmüş işlər də qənaətbəxşdir. Məktəbin “Şahin”, komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir- metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi treninqlərdən keçmələri təmin edilir.
 
 
Həsənov Əfqan Qəşəm oğlu
78 nömrəli tam orta məktəbin
direktoru
012-450-95-64

 

 

Keçidlər