Rayon İdarələri
Asudə vaxt mərkəzi

Bütün bunları nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 30.03.2016-cı il tarixli 59 №-li əmrinə əsasən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Asudə Vaxt Mərkəz”lərinin yaradılması tapşırılmışdır.
Pilot layihə olaraq, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin 01 aprel 2016- cı il tarixli K-127 №-li əmrinə əsasən Sabunçu rayon Asudə Vaxt Mərkəzi yaradılmışdır.
Mərkəzin fəaliyyətinin məqsədi bilikli, peşəkar, istedadlı gənclərin bilik və bacarıqlarını stimullaşdırmaq, əhalinin mədəni və mənəvi tələbatının ödənilməsi və asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdən ibarətdir.
Asudə Vaxt Mərkəzi əsas etibarı ilə təsərüffat hesablı xidmətlər və büdcədənkənar kurslardan gələn vəsait hesabına fəaliyyət göstərir.
Mərkəzdə məktəbəqədər hazırlıq, tibb-şəfqət, gimnastika, rəqs, tikmə-biçmə, xarici dillər, musiqi, karate kimi kurslar fəaliyyət göstərir.
Hazırda Asudə Vaxt Mərkəzi Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2a ünvanında yerləşən və əsaslı təmir edilən “Şəhriyar” adına kitabxanada fəaliyyətgöstərir.

Asudə Vaxt Mərkəzi
|
Direktor:
Kərimova Vüsalə Hacı qızı
|
Bakıxanov qəsəbəsi Sülh küç. 2/20
|
012 429-71-95
|
Asudə Vaxt Mərkəzi (filial)
|
Direktor:
Kərimova Vüsalə Hacı qızı
|
Bakıxanov qəsəbəsi X.Xasməmmədov 3
|
012 425-61-67
|