Qanunvericilik
Fərman və Sərəncamlar
A.Ə.Vəliyevin Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Adil Ənvər oğlu Vəliyev Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2012-ci il № 2127