Könüllü fəaliyyət
Könüllü fəaliyyət haqqında məlumat
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşarası gəncləri “ƏN KÖNÜLLÜ” layihəsinə dəvət edir.
Namizədlər üçün tələblər:
- İntizamlılıq;
- Xoşrəftarlılıq;
- Ünsiyyətcillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00– ikinci növbə
Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar verilir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsətidir.