Rayon haqqında
Tarixi
Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur. Rayon 1992-ci ilə qədər “Lenin rayonu” adlandırılmışdır. 29 aprel 1992-ci ildə isə “Lenin” rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.
Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu alaraq “Stepan Razin qəsəbəsi” adlandırılmışdır. 1992-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakıxanov qəsəbəsi adlandırılmışdır.
Sabunçu rayonunun ərazisi 244.3 km², 01.01.2018-ci il tarixli rəsmi məlumata əsasən isə qeydiyyatda olan əhalinin sayı 243000 nəfərdir.
Sabunçu rayonu 10 qəsəbədən (Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran və Bilgəh) ibarətdir.