Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi

 
 
          
  Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir. Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir.
   Azərbaycan Respublikasının ərazisi 3824’ və 4154’ şimal en dairələri ilə 4446’ və 5050’ şərq uzunluğu dairələri arasında yerləşir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi, 4260 kənd yaşayış məntəqəsi var.
  Respublika şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan və Türkiyə Respublikası, cənubda İran İR ilə həmsərhəddir. Şərqdən isə sahillər Xəzər dənizinin suları ilə yuyulur. Dəniz vasitəsilə sərhəd olan ölkələr isə Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və İran İslam respublikasıdır.
 
 
Həmsərhəd ölkə
Sərhəddin uzunluğu (km)
Rusiya
390
Gürcüstan
480
Ermənistan
1007
Türkiyə
15
İran
765
Xəzər dənizi
780
 
 
  Azərbaycan Respublikasının sahəsi 86600 km–dir. Şimaldan cənuba Azərbaycan ərazisinin maksimal eni 390 km-ə, minimal eni 175 km-ə, qərbdən şərqə maksimal uzunluğu 470 km-ə, minimal uzunluğu 300 km-ə bərabərdir.
  Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olmaqla, yüksəklik amplitudu (-28) m-lə (Xəzərsahili) 4466 m (Bazardüzü zirvəsi) arasında dəyişir. Ölkə ərazisində əsas relyef strukturları Böyük və Kiçik Qafqaz dağları, Talış dağları və Kür-Araz ovalığıdır. Şimal-şərqdə yerləşən Böyük Qafqaz silsiləsində Baş Qafqaz (Bazardüzü d. 4466m; Tufan d. 4191m), Yan silsilə (Şahdağ d., 4243m), Qovdağ (Qovdağ d., 2437m) və Nialdağ (Yelligədik d., 2322m) silsilələri ayrılır. Qərbdə yerləşən Kiçik Qafqaz dağlarında Qarabağ (Böyük Kirs d., 2725m), Murovdağ (Gamış d., 3724m), Şahdağ (Şahdağ d., 2901m), Şərqi Göyçə (Keti d., 3399m) və Qarabağ yaylası (Dəlidağ d., 3616m) ayrılır. Naxçıvan MR-da Zəngəzur (Qapıcıq d., 3904m) və Dərələyəz (Kükü d., 3120m) silsilələri yerləşir. Cənubda İran ilə sərhəd boyu Talış dağları yüksəlir (Kömürgöy d., 2493m). Dağlar Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir.  Ölkənin ən böyük ovalığı olan Kür-Araz ölkənin mərkəzi və şərq hissələrini əhatə edir. Ovalıqda Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, Qarabağ düzləri ayrılır. Şimal şərqdə Xəzər dənizinin sahilləri boyu ensiz zolaq şəklində Samur-Dəvəçi ovalığı, cənub-şərqdə Lənkəran ovalığı yerləşir.
  Azərbaycan təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir. Ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir.
  Ərazisindən axan ən böyük çaylar Kür, Araz, Qanıx, Qabırrı, Samur, Həkəri, Bərgüşad, ən böyük gölləri isə Sarısu, Ağgöl, Ağzıbirçala, Mehman, Böyükşor və s.-dir.

 

Keçidlər