Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident

İlham Heydər oğlu Əliyev

 

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.

Prezident hakimiyyətinin legitimliyi ümumxalq seçkiləri ilətəmin edilir, bundanəlavə, Konstitusiyaya əsasən, ali dövlət vəzifəsinə namizədlər barəsində məhdudiyyətlər müəyyən edilmişdir. Yaş senzi – 35 yaşdan az olmamaqla, oturaqlıq senzi – Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamaq şərti, təhsil senzi – ali təhsiləmalik olmaq, mənəvi senz – ağır cinayətlərə görə məhkumluğun olmaması və başqa dövlətlər qarşısında hər hansı öhdəliyin olmaması, siyasi senz – ikili vətəndaşlığının olmaması müəyyən edilmişdir (maddə 100).

Konstitusiyaya görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir (maddə 101). Ali hakimiyyətin rəmzi mərasim məqamı mətni təsbit olunmuş andiçmə təsisatında əks olunmuşdur. Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir (maddə 103). Prezidentin simasında fərdiləşdirilmiş ali hakimiyyətin toxunulmazlığı onun şərəf və ləyaqətinin qorunması tələbi ilə tamamlanmışdır (maddə 106).

 

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

Konstitusiyada dövlət başçısının geniş səlahiyyətləri təsbit olunmuşdur. Bu səlahiyyətlər 109-cu maddənin 32 bəndində əks olunmuşdur. Prezident Nazirlər Kabinetinin qərarlarını ləğv etmək, onu, Baş nazir istisna olmaqla, istefaya göndərmək hüququna malikdir. Baş nazirin, eləcə də Baş prokurorun istefaya göndərilməsi üçün Milli Məclisin razılığı tələb olunur. Prezident Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Milli Bankı İdarəheyətinin üzvlərinin təyin olunması barədə Milli Məclisə təqdimatlar verir.

Ali baş komandan kimi, Prezident Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyətəyin və vəzifədən azad edir. Dövlət başçısı öz Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezident dövlət büdcəsini, Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edir, dövlət sosial-iqtisadi proqramlarını təsdiq edir, mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır, referendum təyin edir, qanunlar imzalayır vədərc edir. Prezident vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərini həll edir əfv barədə, Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir; dövlət təltifləri təqdim edir; ali hərbi və ali xüsusi rütbələr verir; ümumi vəqismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir. Beynəlxalq müqavilələrə riayət edilməsinin təminatçısı kimi Prezident dövlətlərarası və hökumətlərarası müqavilələr bağlayır, dövlətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Milli Məclisə təqdim edir, beynəlxalq müqavilələrin təsdiq edilməsi barədə fərmanları imzalayır.

Prezident milli təhlükəsizlik məsələlərini Konstitusiya ilə ona verilmiş səlahiyyətlər əsasında həll edilir. Prezident Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; fövqəladə və hərbi vəziyyət elan edir və Milli Məclisin razılığı ilə müharibə elan edir, sülh bağlayır. Prezident Silahlı Qüvvələrin əsas təyinatı ilə əlaqədar olmayan vəzifələrin icrasına cəlb edilməsinərazılıq verilməsi barədə Milli Məclisə təqdimat verəbilər. Prezidentin səlahiyyətlərində Konstitusiyaya əsasən Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələlərin həll olunması nəzərdə tutulmuşdur.

Keçidlər