Şriftin ölçüsü :

Saytın rəngi :

İH-in başçısı

Vəliyev Adil Ənvər oğlu

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı

 

Vəliyev Adil Ənvər oğlu 20 Aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub.
1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1977-ci ildə BEMZ-də operator kimi əmək fəaliyyətinə başlayıb.
1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.
1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb.
2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub.
2012-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir. İki övladı var.
Keçidlər