Şriftin ölçüsü :

Saytın rəngi :

İH başçısının müavinləri

   
Zeynalov Abbas Abil oğlu
 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zeynalov Abbas Abil oğlu 15 fevral 1989-cu ildə Bakı şəhərində anadan olub.
2010-cu ildə Azərbaycan Texniki Universitetinin bakalavriatura səviyyəsinin Metallurgiya, Qara və əlvan metalların tökmə üsulu ilə istehsalı, 2025-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsinin Davamlı inkişafın idarə edilməsi ixtisaslarını bitirmişdir.
Əmək fəaliyyətinə 2010-cu ildə Pirşağı bələdiyyəsində vergi müfəttişi olaraq başlayıb.
2013-cü ilin iyul ayından 2014-cü ilin dekabr ayına kimi Nardaran bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışıb.
2014-cü ilin dekabr ayından 2017-ci ilin aprel ayına kimi Nardaran bələdiyyəsində sədr müavini vəzifəsində çalışıb.
2017-ci ilin aprel ayından 2023-cü ilin aprel ayına kimi Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.
2023-cü ilin aprel ayından 2025-ci ilin dekabr ayına kimi Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.
2025-ci ilin dekabr ayından 2026-cı ilin mart ayına kimi Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial iqtisadi, memarlıq tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.
2026-cı ilin mart ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir.
 
 
 
Vəliyeva Rəna Möhübbət qızı 
 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Vəliyeva Rəna Möhübbət qızı 7 iyul 1989-cu ildə Bakı şəhərində anadan olub.
2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura səviyyəsinin “Xarici dil (İngilis dili) müəllimliyi”, 2013-cü ildə isə magistratura səviyyəsinin “Dilşünaslıq (ingilis dili)” ixtisaslarını fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsinə təyin olunaraq başlayıb.
2016-cı ilin sentyabr-noyabr aylarında müəllimliklə yanaşı Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.
2016-cı ilin noyabr-iyul aylarında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsində çalışıb.
2017-ci il ilin iyul ayında Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.
2014-cü ildən etibarən Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.
 
 
Əliyev Ramil Sərdar oğlu
 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Əliyev Ramil Sərdar oğlu 24 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olub.
2004-cü ildə Azərbaycan  Texniki Universitetinin “Metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları” ixtisası üzrə bakalavriatura səviyyəsini bitirib, hal-hazırda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetmə” fakültəsində təhsil alır.
2012-2015-cı illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
2015-2016-cı illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 
2016-2018-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 
2018-2020-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 
2020-ci ildə Bakı şəhəri, Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.
2020-2025-ci illərdə Bakı şəhəri, Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışıb.
2025-ci ilin may ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
 
Keçidlər