24.04.2018-ci il tarixində Sabunçu rayonu Bakıxanov qəsəbəsi 12 saylı Bakı Peşə Liseyinin akt zalında Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyri-ənənəvi din, təriqətlər və onların mahiyyəti” mövzusunda tədbir keçirilmişdir.
22.04.2018-ci il tarixdə Ramana bələdiyyəsinin təşəbbüsü, Sabunçu rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 aprel beynəlxalq “Yer kürəsi günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.
Bakı şəhəri və digər rayonların qəsəbə və kənd məktəblilərinin fəallığının yüksəldilməsi, biliklərinin daha da artırılması, intellektual səviyyələrinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 06.03.2018-ci il tarixdə Sabunçu rayon qəsəbələrini təmsil edən məktəblilər arasında “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışın ilkin mərhələsi keçirilmişdir.
20 aprel 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun final mərhələsi keçirilmişdir.
18 aprel 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
17.04.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən Bakı Olimpiya Stadionunda şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 14.04.2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, Milli Məclisin üzvləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli, 3756 nömrəli Sərəncamının icrası ilə əlaqədar 12.04.2018-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istirahət parkında çağırışçıların hərbi xidmətə təntənəli yolasalınma mərasimi təşkil edilmişdir.
02-04 aprel 2018-ci il tarixlərində Sabunçu rayon ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə “Aprel döyüş”lərinə həsr olunmuş silsilə tədbirlər keçirildi.
05.04.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici IX tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri həmyaşıdları ilə təəssüratlarını bölüşdülər.